Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_kurdemir.jpg
Qazsız və susuz oba - Qarabucaq qəsəbəsi

Kürdəmir rayonunun Qarabucaq qəsəbəsinin sakinləri illərdir ki, qaz üzünə həsərət qalıb. Bakı -Qazax magistiralının kənarında olan qaz xəttinin olmadığı,  sakinlərinin su üzünə həsrət qaldığı bu qəsəbə sanki Azərbaycan dövlətinin yadından çıxmış bir məkana bənzəyir.

Sozcu.az saytına müraciət edən Qarabucaq qəsəbəsinin sakini, şəhid qardaşı İlham Alışov bildirib ki, sovet dövründə də kəndə qaz xətti çəkilməyib. Müstəqillik qazandıqdan sonra daha bu problemdən canlarının qurtaracağına ümid etsələr də arzuları elə ürəklərində qalıb.

Ucqar bir kənd olmayan, əksinə İpək yolunun kənarında yerləşən bu qəsəbənin hələ də diqqətdən bu qədər kənarda qalması çox düşündürücüdür. Hətta Gürcüstanda olan erməni kilsələrinin də qazlaşmasını təmin edən SOCAR -ın öz doğma vətəndaşlarının taleinə bu qədər biganə yanşaması isə heç bir qaydaya sığan bir məsələ deyil.

Soyuq qış aylarında kənd sakinləri neft almaq məcburiyyətində qalırlar deyən İlhan Alışov bildirib ki, neftin bahalaşması sakinlər çıxılmaz vəziyyətə salıb: "Qarabucaq qəsəbəsi ilə Kürdəmir rayonunun arası cəmi 10 km-dir. Qəsəbəmiz ipək yolunun kənarında - Bakı-Qazax yolunun 201-cu km-də yerləşir. İllərdir ki, qəsəbəmiz qaz üzünə həsrət qalıb, yaxınlıqda meşə də yoxdur ki, ağaclarından gətirib yandıraq. Keçən ilə qədər neft alıb yandırmaqla birtəhər dolanırdıq, neftin bahalaşması isə bizi lap çətinə salıb, yaqin ki, bu qış lap dözülməz olacaq. Qəsəbə də içməyə suyu da çətinliklə əldə edirik. Ümumiyyətlə qəsəbəmiz sanki dövlətin yadından çıxmış bir məkandır. Necə ola bilər ki, magistiral yol ilə dəmir yolunun arasında olan bu kənd bu qədər diqqətdən kənarda qalsın. Ucaq bir kənd olsaydıq bunu başa düşərdik, ancaq necə deyərlər ölkənin tən ortasında - ipək yolunun  kənarında olan bir qəsəbəyə bu qədər diqqətsizliyin hardan qaynaqlanmaını başa düşə bilmirirk.

P.S. Yaxın günlərdə Qarabucaq qəsəbəsindən reportaj hazırlayıb tam dəqiq şəkildə problemi diqqətə çatdıracağıq.

Elşən Əlisoy 

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Türkiyədən ABŞ-a qarşı tarixi fənd – S-400
24 Noyabr 2017 Pasportunu itirənlərə xəbərdarlıq - Rüsumlar artırılır
21 Noyabr 2017 Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək? –Prezidentdən mühüm fərman
21 Noyabr 2017 Rusiyanın axtardığı Telman İsmayılov üzə çıxdı:"Hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib..."
20 Noyabr 2017 Lotu Quli Türkiyədən böyük savaşa hazırlaşır
19 Noyabr 2017 Dünyanın ən çox sərvət toplayan diktatorları - Siyahı
18 Noyabr 2017 Yarımçıq binadan mənzil satılmasına son
18 Noyabr 2017 Norveç də Türkiyədən üzr istədi
17 Noyabr 2017 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
17 Noyabr 2017 Bakıda məmur oğlu polisdən qaçıb restoranda gizləndi - VİDEO
16 Noyabr 2017 Gürcüstandakı soydaşlarımız ana dilində dərslik tapa bilmir –Təhsil Nazirliyindən isə səs çıxmır
16 Noyabr 2017 Astarada Şəhid məzarı baxımsızlıqdan uçub dağılır -FOTOLAR
16 Noyabr 2017 Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq"
15 Noyabr 2017 Ünvanlı sosial yardım ləğv ediləcək
15 Noyabr 2017 Türkiyəni ayağa qaldıran skandal bitdi – Atatürkün ölüm fərmanı...
15 Noyabr 2017 Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir
15 Noyabr 2017 "Konfirella" adlı Peçenyenin içindən şüşə çıxdı
15 Noyabr 2017 Cəmilov: Kremldə elə kişi yoxdur
15 Noyabr 2017 Mətbuat Şurası məlumat yaydı: "Bizə qarşı kampaniyaya başlayıblar"
14 Noyabr 2017 Azərbaycanın dövlət borcu fəlakətli həddə çatıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.