Xəbər lenti

ekrem.jpgNümayəndəlik institutunun ləğvi bank kollektorlarının fəaliyyətinə də son qoydu. Yeni ildən hamısı fəaliyyətini dayandırmalıdır! İnstitutun ləğvi bunu tələb edir.

Sozcu.az xəbər verir ki, bu sözləri bank eksperti, hüquqşünas Əkrəm Həsənov nümayəndəlik institutunun ləğvinin müsbət tərəfləri barədə danışarkən deyib.

Ə.Həsənovun sözlərin görə, əvvəl banklar borclular haqda məlumatı kollektorlara məhkəmə işlərinin aparılması üçün verdiklərini bildirirdilər. Bundan sonra isə banklar bu arqumentdən istifadə edə bilməyəcəklər:

“Borclulara ən böyük təzyiqi kollektorlar edirdi. Borcluları təqib, zəng edirlər, hədələyir, hətta söyürdülər və s. Halbuki kollektorlara borclu haqda məlumatın verilməsi belə bank sirrinin pozulmasıdır.

Yanvarın 1-dən hüquqi şəxsləri məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Bu bank sirrinin pozulmasıdır!”

Ə.Həsənov bildirib ki, yeni ildən bütün kollektorlar fəaliyyətini dayandırmalıdır:

“Onlara indidən xəbərdarlıq edirəm, yeni ildən fəaliyyətlərini dayandırmasalar, onları və bankları bir-bir ifşa edib haqlarında hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Əminəm ki, sonuncular dövlət başçısının imzaladığı son qanunun icrasına ciddi nəzarət edəcəklər.

Kollektorların borclulara zəng etmək, harasa dəvət etmək və s. hüququ artıq yoxdur!”

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.