Xəbər lenti

uuuuub.jpgUcar rayonu Qazyan kənd sakini Qasımova Aygün Əliyusif qızı tərəfindən Sozcu.az-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:

"Anadangəlmə beyin iflici xəstəsi olan 17 yaşlı övladım Qasımova Fatimə Əlövsət qızına əlillik dərəcəsi verilməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina edib. Səbəb isə göstərilib ki, müalicəsini davam etdirin.Hörmətli Mehriban xanım bu biabırçılıqdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi edib.Çünki qızım Fatimə anadangəlmə beyin iflici xəstəsidir.O tam hərəkətsizdir, onu mən qucağımda gəzdirirəm, yuyundururam, paltarın geyindirirəm, həttda o danışa belə bilmir. Anadan olandan müalicələr edilsədə sağalmayıb.Bu sağalmaz bir xəstəlikdir.Əmək və Əhalinin Sosail Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi.Bəlkədə bu dünyada tayı-bərabəri olmayan biabırçılıqdır.Həyat yoldaşım rəhmətə gedib özüm isə bu xəstəyə qulluq etdiyim üçün işləyə bilmirəm mən hərəkət edə bilməyən belə bir xəstəni evdə tək qoyub işləyə bilmərəm.Həyat yoldaşım rəhmətə gedəndən sonra yetim pulu olaraq ayda 100 manat pul alırıq.O pulun umuduna aclıq-səfalət içində yaşayırıq.Mən bir başa Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu ittiham etmək istəmirəm.Çünki mənim sağalmaz xəstə qızımın problemini 100 % nazir Səlim Müslümov bilmir, imtinanı verən həmin nazirliyinin şöbəsidir.Bilirəm ki, əlilliyi pulla təyin edirlər.Adamlar tanıyıram ki, sağlam olsalarda pul verib əlillik dərəcəsi təyin edillib və buna görə dövlətdən hər ay pensiya alırlar.Bizə qarşı edilən bu haqsızlığı Allahda götürməz 17 il hərəkət edə bilməyən sağalmaz xəstəyə əlillik dərəcəsinin təyinatından imtina edilməsi hansı qanuna uyğundur ?


Əlaqə telefonu; (051) 962-72-15"

Sozcu.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
uuuu1.jpg

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.