Xəbər lenti

suvarmaa.jpg
Payızlıq taxıl bitkilərinin əkin vaxtıdır. Kür sahillərində yaşayan kənd sahibkarları pay torpaqlarında hektarlarla taxıl əkib. İndi onların suvarılma vaxtıdır, lakin 10 gündür ki, mexaniki vasitə ilə suvarılan sahələrə su verilmir.

 Sozcu.az xəbər verir ki,xəbər verir ki, bu haqda Kür qırağı rayonlardakı vəziyyətlə bağlı etiraz aksiyalarına hazırlaşan fermrlər adından hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib. Onun sözlərinə görə, suyun verilməməsinə səbəb dövlət qurumları arasında yaranmış mübahisədir: "Əsas səbəb kimi Maliyyə Nazirliyi, "Azərenerji" və Meliorasiya və Su Təsərrüfatı ASC arasında yaranmış anlaşılmazlıq göstərilir. Meliorasiya və Su Təsərrüfatı ASC "Azərenerji"yə olan borcunu ödəyə bilmir (halbuki sahibkarlar işıq və su pullarını vaxtında ödəyirlər). İki qurum arasında yaranmış mübahisə kürqırağı rayonlarda (Zerdab, Kürdemir, Sabirabad ) suvarmanı çətinləşdirib. Belə ki, 10 gündür Kürdən su vuran motorları işlədən elektrik kəsilib. Bu, iqtisadi təxribatdan başqa bir şey deyil. Ona görə ki, bu qurumların üçü də dövlət qurumudur. Bunlar öz aralarında razılığa gələ bilmədikləri üçün sahibkarlar ziyan çəkirlər. Əslində bu məmurların məqsədi sahibkarları incitmək, onları təsərüfatla məşğul olmaqdan bezikdirmək, əkilməmiş qalan torpaqları ucuz qiymətə ələ keçirərək bu sahəni monopoliyaya almaqdır.

Sahibkarlar məhsulu yetişdirmək üçün hər hektara 120 manat xərcləyiblər (orta hesabla kiçik sahibkarlar 4-5 hektar yer əkib). Bu günə qədər hökumət tərəfindən verilən subsidiyanı kürdəmirli fermerlər ala bilməyiblər. Dəfələrlə yerli qurumlara müraciət olunsa da, problemlər aradan qaldırılmır".
Məlumatda bildirilir ki, kürqırağı kəndlərin sakinləri 29 oktyabr saat 10:00-da etirazlarını Mollakənd-Zərdab yolunu kəsməklə bildirəcəklər.

Bölmənin digər xəbərləri

14 Dekabr 2017 Göyçayın prokuroru cinayət törədən şəxsləri müdafiə edir? - ŞİKAYƏT
09 Dekabr 2017 Dövlət başçısının icra başçılarına verdiyi vaxt başa çatır
06 Dekabr 2017 Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib –SİYAHI
06 Dekabr 2017 Xətai rayonunda 23 ailəni küçəyə atmağa hazırlıq gedir
05 Dekabr 2017 Unun tərkibinə dəmir qatılacaq
05 Dekabr 2017 Pensiyalar neçə faiz artacaq? –İqtisadçıdan detallı şərh
05 Dekabr 2017 Əlilliyin müəyyən edilməsinə göndərişlərin verilməsi qaydası
05 Dekabr 2017 Trampın təriflədiyi Reyhanın şok ixtirası: Hətta insanlar belə...
03 Dekabr 2017 Musayeva bacılarına Azərbaycanda iş təklif edilsə Elşad Musayev buna yox deməyəcək
03 Dekabr 2017 "Prezident Administrasiyasında işləyən maraqlı şəxslər müraciətimizi gizlədirlər" - SAHİBKAR
01 Dekabr 2017 Siqaret qadağaları gəldi - Milli Məclisin qərarı
01 Dekabr 2017 Metroda gediş haqları artırılacaq
01 Dekabr 2017 "Qeyri-rəsmi məşğulluq insanları pensiya almaq hüququndan məhrum edir" - Əli Əhmədov
27 Noyabr 2017 “KİV haqqında” qanun dəyişdirilir
27 Noyabr 2017 Hökümətdən ev alan jurnalistləri mənzillərinə köçməyə niyə qoymurlar?
26 Noyabr 2017 Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq
23 Noyabr 2017 MÜQAVİLƏ MÜTLƏQ İCRA OLUNMALIDIRMI? - EKSPERT RƏYİ
21 Noyabr 2017 Daun sindromlu Zəhraya yardım edək - FOTOLAR
20 Noyabr 2017 “Kristal Abşeron”da su pulunu 2 dəfə qaldırdılar
18 Noyabr 2017 Aprel döyüşcüsü Qazaxlı məmurun əlindən qan ağlayır
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.