Xəbər lenti

sirvanicrabasc.png
Başçının müavini isə cavab vermək əvəzinə, əməkdaşımıza qəzəbləndi: "Siz müstəntiqsiniz?”

"Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”-

Bu sözləri Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımına deyib.

Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:

"İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, "zırıldama, rədd ol çölə, vaxtımı alma”, deyib qovdu”.

Bahar Əliyeva bildirib ki, evdə balaca uşaqlar var. Evin hamamı yoxdur. Yataqxana isə aylardır boşdur. Amma müraciətlərə baxmayaraq, onlara bir otaq belə verilmir: "Neçə dəfə müraciət etmişəm. Evin hamamı yoxdur. Mərdan Camalova bunları danışanda isə mənə dedi ki, evin ortasına qab qoyub çimin. Mənə nə bundan?”

Şikayətçinin sözlərinə aydınlıq gətirmək üçün, Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Şəfayət Əsgərovla əlaqə saxladıq. Ş.Əsgərov bizə açıqlamasında Mərdan Camalovun belə bir fikir söyləmədiyini təkzib etmədən, bizim özümüzə birbaşa sual ünvanladı: "Siz müstəndiqsinizmi, sizə nə dəxli var?”

İcra başçısının müavini daha sonra "bu mövzuyla bağlı məni narahat etməyin” deyib, telefonu bağladı.

Görünür, icra başçısının müavini Şəfayət müəllimin KİV haqqında qanunlardan heç bir xəbəri yoxdur və o, jurnalistin ünvanlandığı suala cavab verməli olduğunu bilmir.
Mənbə:Avropa.info

Bölmənin digər xəbərləri

21 Yanvar 2018 Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTOLAR
19 Yanvar 2018 Qaçırılan müəlliməyə Komitə sədri iş verdi
17 Yanvar 2018 Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq- Bu ildən
16 Yanvar 2018 Köçkünlər Bakıda yolu kəsdi
16 Yanvar 2018 Orfoqrafiya Komissiyası:“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb
15 Yanvar 2018 Vəkillər Kollegiyası iclas keçirdi - YENİ QƏRARLAR
14 Yanvar 2018 İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
14 Yanvar 2018 "Azərişıq" Qazaxda saxta cərimələr yazır -ŞİKAYƏT
12 Yanvar 2018 “Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?
12 Yanvar 2018 Bu şəxslərin maaşı artırıldı
11 Yanvar 2018 Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısına yeni vəzifə verildi
11 Yanvar 2018 İlham Əliyev:"Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB
10 Yanvar 2018 Magistral yollara radar və kameralar yerləşdirilir - Video
10 Yanvar 2018 Göyçayda FHN-nin əməkdaşı iş adamının pulunu vermir- NAZİRƏ ŞİKAYƏT
09 Yanvar 2018 Təhsil Nazirliyində yeni rəhbər seçildi
07 Yanvar 2018 "Gündəm Xəbər"in çapına da “əl qoydular”
07 Yanvar 2018 Obyektlərdə siqaret çəkilməməsinə hansı qurum nəzarət etməlidir? –Vəkil
07 Yanvar 2018 Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi –SİYAHI
06 Yanvar 2018 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.