Xəbər lenti

ov.jpgEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Qaçırılan müəlliməyə Komitə sədri iş verdi
17 Yanvar 2018 Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq- Bu ildən
16 Yanvar 2018 Köçkünlər Bakıda yolu kəsdi
16 Yanvar 2018 Orfoqrafiya Komissiyası:“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb
15 Yanvar 2018 Vəkillər Kollegiyası iclas keçirdi - YENİ QƏRARLAR
14 Yanvar 2018 İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
14 Yanvar 2018 "Azərişıq" Qazaxda saxta cərimələr yazır -ŞİKAYƏT
12 Yanvar 2018 “Facebook”dan yenilik-Xəbər lentində kimlərin paylaşımı görünəcək?
12 Yanvar 2018 Bu şəxslərin maaşı artırıldı
11 Yanvar 2018 Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı – Siyahı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısına yeni vəzifə verildi
11 Yanvar 2018 İlham Əliyev:"Bu il ən azı 20 min məcburi köçkün yeni evlərə köçürülməlidir” - YENİLƏNİB
10 Yanvar 2018 Magistral yollara radar və kameralar yerləşdirilir - Video
10 Yanvar 2018 Göyçayda FHN-nin əməkdaşı iş adamının pulunu vermir- NAZİRƏ ŞİKAYƏT
09 Yanvar 2018 Təhsil Nazirliyində yeni rəhbər seçildi
07 Yanvar 2018 "Gündəm Xəbər"in çapına da “əl qoydular”
07 Yanvar 2018 Obyektlərdə siqaret çəkilməməsinə hansı qurum nəzarət etməlidir? –Vəkil
07 Yanvar 2018 Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi –SİYAHI
06 Yanvar 2018 “Azəriqaz”ın korrupsiya çirkabına bulaşmış idarələrinin “qazlama” əməliyyatı - AĞSTAFADA
05 Yanvar 2018 "Gündəm Xəbər" oxucularının nəzərinə!
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.