Xəbər lenti

ilhamelu.jpg
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklərə etiraz edib.

Bu barəsə sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bildirilib.
İclasda Prezidentin etirazı haqqında məsələyə baxılıb.

Qeyd olunan sənədin məqsədəuyğun olmaması barədə dövlət başçısının təklifinin qəbul edilməsi qərara alınıb.


İclasda komitə sədri Əli Hüseynli qeyd edib ki, cari ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin 24 iclası keçirilib, 112 məsələyə baxılıb. Vətəndaşlardan daxil olan məktub və ərizələrlə bağlı aidiyyəti qurumlara müraciətlər edilib. Bildirilib ki, payız sessiyasında bir sıra qanunlara düzəlişlərlə əlaqədar məsələlər müzakirəyə çıxarılacaq. O cümlədən, ölkə Prezidenti tərəfindən təqdim edilən Cinayət Məcəlləsinə çox əhəmiyyətli dəyişiklik nəzərdə tutulub.

Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Polis haqqında” qanunun bəzi maddələrinə dəyişikliklər edilir.

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin təsdiq edilməsinə dair yeni maddələr əlavə edilir. Əsasnaməyə görə, bu yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranlar, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

“Məhkəmələr və hakimlər haqqında” qanunda bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklər ölkə Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli sərəncamına əsasən hazırlanıb.

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna “Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar” və “Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar” adlı yeni 19-cu və 20-ci bəndlər əlavə edilir. Dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədilə təklif olunur və bu sahədə beynəlxalq təcrübə, müxtəlif ölkələrdə tətbiq edilən standartlar əsas götürülüb.

İnzibati Xətalar Məcəlləsinin 213-cü və 428-ci maddələrinə “Reklam haqqında” 2015-ci il 15 may tarixli qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaratmaq məqsədilə bir sıra düzəlişlər təklif edilir. Dəyişikliklər körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının təbliği ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bir sıra digər zəruri dəyişikliklər də nəzərdə tutulub.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa “valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər” məzmununda 4.0.12-ci müddəa əlavə olunur. Bununla bağlı qanunun 6.1.1-ci maddəsinə müvafiq düzəliş edilir.

Komitə üzvləri Azay Quliyev, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Tahir Kərimli öz çıxışlarında qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar. Müzakirələr zamanı payız sessiyasının işlər planına bir sıra təkliflər səsləndirilib.
İclasın sonunda gündəliyə daxil edilən qanun layihələri Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.

Bölmənin digər xəbərləri

09 Dekabr 2017 Dövlət başçısının icra başçılarına verdiyi vaxt başa çatır
06 Dekabr 2017 Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən edib –SİYAHI
06 Dekabr 2017 Xətai rayonunda 23 ailəni küçəyə atmağa hazırlıq gedir
05 Dekabr 2017 Unun tərkibinə dəmir qatılacaq
05 Dekabr 2017 Pensiyalar neçə faiz artacaq? –İqtisadçıdan detallı şərh
05 Dekabr 2017 Əlilliyin müəyyən edilməsinə göndərişlərin verilməsi qaydası
05 Dekabr 2017 Trampın təriflədiyi Reyhanın şok ixtirası: Hətta insanlar belə...
03 Dekabr 2017 Musayeva bacılarına Azərbaycanda iş təklif edilsə Elşad Musayev buna yox deməyəcək
03 Dekabr 2017 "Prezident Administrasiyasında işləyən maraqlı şəxslər müraciətimizi gizlədirlər" - SAHİBKAR
01 Dekabr 2017 Siqaret qadağaları gəldi - Milli Məclisin qərarı
01 Dekabr 2017 Metroda gediş haqları artırılacaq
01 Dekabr 2017 "Qeyri-rəsmi məşğulluq insanları pensiya almaq hüququndan məhrum edir" - Əli Əhmədov
27 Noyabr 2017 “KİV haqqında” qanun dəyişdirilir
27 Noyabr 2017 Hökümətdən ev alan jurnalistləri mənzillərinə köçməyə niyə qoymurlar?
26 Noyabr 2017 Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq
23 Noyabr 2017 MÜQAVİLƏ MÜTLƏQ İCRA OLUNMALIDIRMI? - EKSPERT RƏYİ
21 Noyabr 2017 Daun sindromlu Zəhraya yardım edək - FOTOLAR
20 Noyabr 2017 “Kristal Abşeron”da su pulunu 2 dəfə qaldırdılar
18 Noyabr 2017 Aprel döyüşcüsü Qazaxlı məmurun əlindən qan ağlayır
16 Noyabr 2017 Hacı Əbdül 77 yaşında ata oldu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.