Xəbər lenti

polisyollt.jpgUcar şəhər sakini Nəsirov Rəhim Ramiz oğlu sozcu.az saytı vasitəsi ilə Daxili İşlər Naziri Ramil Uusbova və Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət, edərək bildirib ki, Dövlət Yol Polisinin əməkdaşları tərəfindən idarə etdiyi avtomobil qanunsuz şəkildə saxlanlıb və DYP əməkdaşları ondan qanunsuz olaraq pul tələb edib. İstənilən pulu vermədiyi üçün polislər onu təhqir edərək avtomobilini əlindən alıblar.


Həmin müraciəti təqdim edirik:

Bu şikayətimdə yazıb bildirirəm ki, 15 sentyabr 2017-ci il tarixdə gecə təxminən saat 01-00 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayon Bağırbəyli kənd əraisindən özümə məxsus Vaz-21011 markalı 21 BB 975 dövlət nömrə nişanlı avtomobilimlə hərəkət edən zaman yol polislər qanunsuz olaraq məni saxlayıb avtomobilimi əlimdən alıb naməlum istiqamətdə aparmışdılar. Bu açıq-aşkar quldurluq hərəkətləridir ki, Dövlət Yol Polisləri törədiblər.

Belə ki, Ucar rayonunun Qaracallı kəndində yaşayan qohumumgildən gələrkən DYP-nə məxsu avtomobil məni arxadan saxla işarəsi verib saxladılar. Mənə bildirdilər ki, sən avtomobili idarə edən zaman telefonla danışırdın. Bunun yalan olduğunu dedim, buna etiraz etdim və bunun çəkiliş kamerasında yoxlanılmasını xahiş etdim.Yol polisləri isə buna əməl etmədilər. Çünki yalan dediklərini bilirdilər. Bundan sonra mənə bildirdilər ki, spirtli içki qəbul etmisən. Mən bununda yalan olduğunu bildirdim.Soruşdum ki, məndən nə istəyirsiniz gah deyirsiniz ki, telefonla danışa-danışa avtomobil idarə edirsən, gah da deyirsiniz ki, sərxoş maşın idarə edirsən. Sonra yol polisləri məndən 200 manat pul istədilər.Mənə dedilər ki, iki nəfərik hərəmizə 100 manat ver çıx get axşam bazarıdır. Mən buna qəti etiraz etdiyim üçün avtomobili zorla əlimdən alıb naməlum istiqamətdə apardılar. Özüm isə gecə vaxtı yolda qaldım. Mənə qarşı kobudluq etdilər söyüş söydülər. Yol polislərinin bu quldurluq hərəkətləri barədə dərhal 102 xidmətinə zəng edib məlumat verib şikayətimi bildirdim. Avtomobilimdə qonaq getdiyim qohumların kənd payı mer-meyvə vermişdilər. Sonradan öyrənə bildim ki, həmin DYP-nin əməkdaşını birinin adı Fikrətdir.Yol polislərinin bu quldurluq hərəkətləri mənə çox pis təsir göstərdi. 

Mən mətbuat vasitəsi ilə DİN-i cənab Ramil Usubova və Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova müraciət edib xahiş edirəm, mənə qarşı quldurluq hərəkəti edib istədikləri pulu vermədiyim üçün qanunsuz olaraq avtomobilimi əlimdən alımış DYP-nin iki əməkdaşı barədə qanuna müvafiq tədbir görəsiniz.

P.S. QARŞI TƏRƏFİN MÖVQEİNİ DƏRC ETMƏYƏ HAZIRIQ. 

Bölmənin digər xəbərləri

21 Fevral 2018 “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”
19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.