Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_nerimanqasimoglu.jpg
“Axund” sözünün etimolojisi barədə xeyli fərqli fikirlər var.

 Teleqraf.com xəbər verir ki, bu sözləri şərqşünas alim, Quranın dilimizə ilk tərcüməçilərindən biri – Nəriman Qasımoğlu “imam” və “axund” məfhumlarının fərqindən danışarkən deyib.

Nəriman bəy sözün kökünün bəzi dilçilərə görə farsca “xuandan” feilinə gedib çıxdığını bildirib:

“Bir qism dilçilər hesab edir ki, sözün kökü farsca “oxumaq” bildirən “xuandan” feilinə gedib çıxır, “oxuyub öyrədən” mənasında “müəllim” deməkdir. Bu söz zamanla “din öyrədicisi” mənasını kəsb edərək İran, Əfqanıstan, Pakistan və Azərbaycan müsəlmanları arasında yüksək din rütbəsini, eləcə də din alimini bildirib, ötən əsrdən bəri isə qeyd etdiyim ərazilərdə əsasən sadəcə müsəlman icmalarının, məscidlərin, mədrəsələrin idarəçisinə aid edilib. Çin müsəlmanları - uyğurların dilində də bu sözün “axun” kimi işlənməsini əsas götürənlər isə sözün türk mənşəli olduğunu bildirirlər”.

Şərqşünas alim “imam” sözünə də aydınlıq gətirib:

“İmam” kəlməsi kök etibarilə ərəb mənşəlidir, hərfən “lider”, “rəhbər” deməkdir, daha çox dini anlamda işlədildiyindən din titulu kimi hazırda faktiki olaraq “axund”un funksiyasını yerinə yetirir və müsəlmanların üstünlük verdiyi sözdür.

Yəni “axund”un “imam”la əvəzlənməsini bu sözlərin eyni funksionallığı baxımından normal qarşılamaq lazımdır. Həm də nəzərə alınsa ki, bizdə “axund”lar şiə icmalarına, “imam”lar isə sünni icmalarına rəhbərlik edirlər, bu qərarın alt məzmununda birləşdirici amili də görməmək mümkün deyil”.

Xatırladaq ki, dünən QMİ-nin Qazilər Şurasının toplantısında Allahşükür Paşazadənin təklifi ilə “axund” sözünün yığışdırılaraq, onun yerinə məscidlərdə ancaq “imam” vəzifəsinin olması qəbul olunub. Şeyx bu addımını belə izah edib: "İstəyirik ki, bu "İslam Həmrəyliyi İli" çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin".

Sozcu.az

Bölmənin digər xəbərləri

19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
29 Yanvar 2018 Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi
28 Yanvar 2018 Azərbaycanda dərman reseptləri belə yazılacaq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.