Xəbər lenti

yasmeclisi.jpg
Əhməd Qəşəmoğlu: “Mərasim zallarının “arxasında” dayananlar çox səlahiyyətli şəxslərdir

 Bakının Sağan kəndində hüzn məclisləri ilə bağlı verilən qərar ictimaiyyət tərəfindən təqdir edilməkdədir. Məlum olduğu kimi, sentyabrın 1-dən başlayaraq bu kənddə yas mərasimlərində daha yemək verilməyəcək. Təkcə Sağanda deyil, Bakının bir çox kəndlərində, o cümlədən Balaxanıda yas mərasimlərində ehsan verilmir.

Məlumata görə, 4-5 il bundan əvvəl kəndin ağsaqqalları bir yerə yığışaraq ehsan süfrələrində israfa yol verməmək üçün qaydalar tətbiq ediblər. Buna əsasən kənddə yas mərasimlərində ehsan olaraq yalnız çay və xurma verilir. Əgər molla məclisə gəldiyi zaman orada aş və digər isti yeməklərin verildiyini görərsə, məclisi aparmaqdan imtina edir. Əgər yas yiyəsi ehsan vermək istəsə, bu zaman məscidə gedir və ona xüsusi siyahı verilir, hansı ki, həmin siyahıda kənd ağsaqqalları tərəfindən kəndin imkansız, xəstə, əlil üzvü olan, övladlarının təhsil haqqını ödəyə bilməyən ailələrin adları qeyd olunub. Yas yiyəsi də siyahıda adı olan şəxslərə ehsan əvəzi olaraq yardım edir.
Bundan başqa bir çox bölgələrdə, o cümlədən Şirvan zonalarında, Qazax, Şəmkir, Tovuz rayonlarında artıq yas mərasimlərində ehsan süfrələri yığışdırılıb. Əvəzində isə süfrəyə meyvə, xurma və çay verilir.

Məlum olduğu kimi, Naxçıvanda artıq bir neçə ildir ki, təmtəraqlı yas mərasimləri keçirilmir. Yerli rəhbərliyin sərt qadağası sayəsində ehsan süfrələri ancaq çay süfrəsi ilə məhdudlaşdırılıb. Bu günlərdə isə Gəncə şəhərində yas mərasimlərində çox çeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub. Bu barədə xezerxeber.az məlumat yayıb. Məlumata görə, bu təklif şəhər fəallarının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb. Beləliklə bundan sonra Gəncədə də yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta Gəncə ətrafı rayon sakinlərinin də bu təşəbbüsü dəstəklədiyi bildirilir.

Maraqlıdır ki, Bakının kəndlərində, digər bölgələrdə təmtəraqlı yas mərasimləri sıradan çıxmağa başlasa da, paytaxtın mərkəzində bu ənənə hələ də davam etməkdə, hətta bir qədər də dərinləşməkdədir. Məsələn, əgər bundan əvvəl yas mərasimləri üçün çadırlar qurulurdusa, indi təmtəraqlı yas mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzarətində olan məscid və xeyri-şər evlərində keçirilir. Məclislər isə toy süfrələrindən fərqlənmir, süfrəyə meyvədən tutmuş, müxtəlif çeşiddə yemək şirniyyatlar düzülür. Halbuki, 2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adəti”ni ləğv etməyə qərar vermişdi. Həmin vaxta qədər də bu məsələ xeyli müzakirə olunurdu və müxtəlif təkliflər irəli sürülürdü. Lakin faktiki olaraq ortalıqda “yas mafiyası” var idi və həmin qüvvələr buna müqavimət göstərir, qərarın qəbul edilməsinə qarşı çıxırdırlar. Məlum qərardan sonra ilk günlərdə qadağaya qismən də əməl olunsa da, sonradan yenidən hər şey əvvəlki axarına dönməyə başladı. Və bu gün yenə də xüsusən paytaxt Bakıda təmtəraqlı yas mərasimlərinin keçirilməsinin şahidi oluruq.

Sosiloloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Rayon yerlərində rəhbərliyin bu məsələyə mövqeyi necə olursa, tez bir zamanda həmin rayonun sakinləri də ona uyğun davranış nümayiş etdirirlər. Harada ki, bu məsələ müsbət həllini tapır, bu, o deməkdir ki, orada rəhbərlik, rəy formalaşdıran insanlar məsələyə arzuolunan yanaşıb. Bu çox önəmlidir. Digər tərəfdən də iqtisadi durumun çətin olduğu bir zamanda insanların özündə də israfçılığa son qoyulması ilə bağlı istək yaranır. Beləliklə rayon yerlərində bu proses bir qədər tez gedir. Bakıda isə məsələ bir qədər başqa cürdür. Burada əlavə olaraq maraqlı qüvvələr, yas mərasimləri ilə bağlı şəbəkələr var ki, onlar çalışırlar ki, bundan gəlir əldə etsinlər. Mərasim zallarının “arxasında” dayanan şəxslər çox səlahiyyətli şəxslərdir. Bu qüvvələr paytaxtda çox aktivdir, nəinki rayon və bölgələrdə. Həmçinin paytaxtda insanların sayı çox olduğu üçün burada fikir formalaşdırmaq çətindir. Lakin bizim borcumuzdur ki, bu məsələlərin həllini sürətləndirək”.

Bölmənin digər xəbərləri

20 Oktyabr 2017 Şabranda qanunsuz ov edən ərəb tutuldu
18 Oktyabr 2017 İntiharların səbəbləri niyə açıqlanmır?
17 Oktyabr 2017 “Regional Sosial Araşdırmalar” İctimai Birliyi Hacıqabulda ictimai müzakirə keçirib
13 Oktyabr 2017 Xərçənglə bağlı daha bir FAKTIN ÜSTÜ AÇILDI
12 Oktyabr 2017 Oliqarx övladlarının Avropadakı təhsil macəraları… –Araşdırma
11 Oktyabr 2017 4 günlük iş həftəsi rejiminə keçə bilərik? - Deputat
10 Oktyabr 2017 “Regional Sosial Araşdırmalar” İB Sabirabadda tədbir keçirib
10 Oktyabr 2017 ATV-yə yeni vitse-prezident təyin edildi
10 Oktyabr 2017 "Bu, bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”
10 Oktyabr 2017 Yol polisindən sürücülərə xəbərdarlıq: Texniki baxış...
09 Oktyabr 2017 Aydın Əliyev Şəkidə vətəndaşları qəbul edəcək
05 Oktyabr 2017 Efir məkanında yeni kanal: sabahdan Muz Tv...
02 Oktyabr 2017 Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirildi
29 Sentyabr 2017 Azərbaycanda qorxunc xəbər dolaşır – İlk rəsmi açıqlama
28 Sentyabr 2017 Ağsunun şəhər məktəblərini su basdı, dərslər təxirə salınıb - FOTOLAR
28 Sentyabr 2017 Ziya Məmmədovun bacısı işdən çıxarıldı
28 Sentyabr 2017 Azərbaycana ilk qar yağdı - FOTO
27 Sentyabr 2017 "Kupça" ilə bağlı mühüm yenilik
26 Sentyabr 2017 Neftçalada cəbhəçi müəllimlər işə bərpa edildi
25 Sentyabr 2017 Avtovağzalda parkinqin neçə dəqiqəsi pulsuzdur? – Qiymətlər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.