Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_qazaxcccs.jpg
Qazax rayonundan şikayətlər səngimir.

Qazax rayon sakinlərinin Sozcu.az saytınıa yazdğına görə,  rayonda bir çox sahələrdə olduğu kimi hümanitar sahədə də haqsızlıq və məmurların yarıtmamazlığı davam edir.

Sakinlər bildirirlər ki, Qazax rayon icra hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini Gülayə Novruzova bu vəzifəyə təyin edildikdən sonra rayonda korrupsiya halları daha da çiçəklənməyə başlayıb. Belə ki, Məktəblərdə və uşaq bağçalarında rüşvət açıq şəkildə tüğyan edir. Təhsil işçiləri isə dərdlərini deməyə bir dövlət qurumu tapa bilmirlər.

Dərdlərini demək üçün icra başçısı Rəcəb Babaşovun qəbuluna yazıldıqda isə əsl problem də bundan sonra yaranır deyən Qazax rayon sakinləri bildiriblər ki, Qəbula yazılan şəxslərin adları və soyadları ilə bərabər əgər işləyirlərsə işlədikləri müəssisənin adları Gülayə Novruzovanın masasının üzərinə qoyulur. Gülayə Novruzova da məktəb direktorlarına və bağça müdirlərinə şikayətçilərin adlarını göndərib onların "neytrallaşdırılmasını" tələb edir. Bundan sonra sakinləri şikayət etdiklərinə doğurdan da peşman edirlər.

Sozcu.az-a şikayət edən Qazax rayon sakinləri onu da bildirirlər ki, Gülayə Novruzova icra başçısı Rəcəb Babaşovun ən etibar etdiyi kadrlarından biridir. Bu xanım məmur da göstərilən etimaddan  istifadə edərək, şikayətçilərin işdən çıxarılmasına nail olur.

Şikayətçilər onu da bildiriblər ki, əvvəllər ümumtəhsil müəssisələrində xadimə və fəhlə işləmək üçün kiçik məbləğ tələb olunurdusa, Gülayə Novruzova bu sahəyə cavabdeh şəxs təyin edildikdən sonra  xadimə və fəhlə işləmək üçün konkret olaraq 1500 manat rüşvət müəyyən edilib.

Şikayət edən sakinlər ziyalıar yurdu olan Qazaxda insanları təhsildən və mədəni maarif sistemindən uzaq salınmasına üzüldüklərini deyərək, dövlətin aiddiyyəti qurumlarından kömək istəyirlər.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.