Xəbər lenti

lotuqulu.jpgBir neçə saat bundan öncə “Sputnik Azərbaycan” informasiya saytı anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın yeni təfərrüatlarını yayımlayıb. Agentliyin anonim mənbələrə istinadən bildirdiyinə görə, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları olub.

Nadir Səlifovun (Lotu Quli) vəkili Təranə Əliyeva “Sputnik Azərbaycan” agentliyinin xəbərini şərh edib. “Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi. Son günlərdə bu, “Sputnik Azərbaycan” agentliyinin N.Səlifovla bağlı yaydığı ikinci təxribatçı yalan məlumatdır”, - T.Əliyeva virtualaz.org-a bildirib.

Lotu Quli öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir. “Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, - müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir.

Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə Lotu Qulinin adamları kriminal avtoritet Rafiq Masallinskini qəddarcasına döyərək, onun qulağını kəsiblər. Zorakılığa məruz qalmış R.Masallinskinin fotoşəkli sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.

Bölmənin digər xəbərləri

22 Fevral 2018 Sərnişin və yük daşıyanların nəzərinə: Yeni qaydalar müəyyənləşir
21 Fevral 2018 “Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”
19 Fevral 2018 Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür
17 Fevral 2018 Təcili Yardım üçün kampaniya başladı: Yol ver!..
17 Fevral 2018 "Sosial müavinət və təqaüdlərin təyin olunması" qaydalarına dəyişikliklər edilib
15 Fevral 2018 Abituriyent seçim etməkdə sərbəst olacaq - Yeni qəbul qaydalarına şərh
15 Fevral 2018 Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12 Fevral 2018 Bayıldakı bu evlər ona görə dağılıb ki... - İcra başçısı
11 Fevral 2018 Yaşlı ana Gəncə polisindən prezidentə şikayətçidi:"Övladlarımı həbs etmək istəyirlər"
11 Fevral 2018 134 saylı məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
09 Fevral 2018 Qiymətlər bahalaşmaqda davam edir
09 Fevral 2018 Rayonlara qar yağacaq
08 Fevral 2018 ANS “Nərgiz Klinikası”nı məhkəmədə uddu
05 Fevral 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu
05 Fevral 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq
01 Fevral 2018 Sukanal idarəsinin keçmiş rəis müavini idarənin talançılığından yazdı -ŞİKAYƏT
31 Yanvar 2018 Bağça müəllimləri müayinədən keçiriləcək
31 Yanvar 2018 Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək
29 Yanvar 2018 Nazirlik “Azərsu”nu məhkəməyə verdi
29 Yanvar 2018 Fazil Məmmədov bahalı avtomobilini satdırıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.