Xəbər lenti

palataa.jpg
2017-2020-ci illərdə Azərbaycanın hər bir regionunda ticarət palatalarının yaradılması nəzərdə tutulur.

 Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, hər bir regionda sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və onlara dəstək xidmətlərinin göstərilməsi üçün ticarət palatalarının yaradılması imkanları nəzərdən keçiriləcək. Ticarət palataları dövlətlə sahibkar arasında körpü rolunu oynayacaq və öz üzvlərinə beynəlxalq təcrübəyə uyğun olan xidmətlər göstərəcək. Sahibkarların ticarət palatalarına inamını möhkəmləndirmək üçün müvafiq addımlar atılacaq, qabaqcıl ölkələrdə olduğu kimi, palatalara konsultativ statusun verilməsi məsələsi nəzərdən keçiriləcək. Bu, hazırlanan qanun layihələri ilə bağlı palatalarla məsləhətləşmələrin aparılmasına və dövlət orqanları yanında ictimai şuralarda ticarət palatalarının üzvlərinin iştirakına şərait yaradacaq.

Yaradılacaq palataların əsas məqsədi, ilk növbədə, sahibkarların onlara inamının artırılmasından, ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı əngəllərin aradan qaldırılmasından ibarət olacaq. Əsas hədəf kimi palatalara üzv olacaq şirkətlərin ixrac imkanlarının artırılması, bazarda zəif mövqeyə sahib şirkətlər üçün yeni ideyaların verilməsi, maliyyə vəsaitlərinə əlçatanlığın təmin olunması istiqamətləri müəyyənləşdiriləcək.

Bundan başqa, yol xəritəsində bildirilir ki, Azərbaycanda dövlət-özəl əməkdaşlığının gücləndirilməsi üçün, ilk növbədə, mövcud qanunvericilik bazası təhlil ediləcək və müvafiq təkmilləşdirmələr üzrə təkliflər irəli sürüləcək. Bu islahatlar, əsasən, sahibkarları təmsil edən qurumların hüquqi statusu, onların maraqlarını ifadə imkanları, dövlətlə özəl sektor arasında konstruktiv dialoqun qurulması və digər əlaqəli məsələləri əhatə edəcək.

Yol xəritəsinə əsasən, həmçinin 2017-2018-ci illərdə ölkədə biznes assosiasiyalarının gücləndirilməsi planlaşdırılır. İlk növbədə, Azərbaycanda biznes assosiasiyalarının qanunvericilik bazası öyrəniləcək, onların hüquqi statusu bir daha nəzərdən keçiriləcək və müvafiq təkliflər hazırlanacaq. Bununla yanaşı, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sahələr üzrə biznes assosiasiyalarının yaradılması təşviq ediləcək. Assosiasiyaların yaradılması və onların maliyyə dayanıqlılığının təmin edilməsi mexanizmləri hazırlanacaq və sahibkarların bu assosiasiyaların faydasına inamını gücləndirmək üçün müvafiq tədbirlər görüləcək.

Bu prioritetin həyata keçirilməsi nəticəsində dövlətlə özəl sektor arasında münasibətlərin tənzimlənməsi sahəsində daha təkmil addımlar atılacaq, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı yeni mərhələyə qədəm qoyacaq. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində Azərbaycanda dövlət-özəl əməkdaşlığının tam institusionallaşması təmin ediləcək.

Bu prioritetin icrası üçün əsaslı investisiya qoyuluşu tələb olunmur.

Bölmənin digər xəbərləri

22 Sentyabr 2017 İraqdakı azərbaycanlı körpələrlə bağlı növbəti - Açıqlama
21 Sentyabr 2017 BAO türkmanların durumunu müzakirə edəcək
21 Sentyabr 2017 İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklərə etirazı qəbul edild
20 Sentyabr 2017 "Gazelli" Group yanğınla bağlı açıqlama yaydı - HADİSƏNİN SƏBƏBİ MƏLUM DEYİL
20 Sentyabr 2017 Ağdamın icra başçısı məhkəmədə dindirilməsi haqda xəbəri təkzib edir
18 Sentyabr 2017 Çarəsiz ana milyarder Fərhad Əhmədovdan kömək istədi
17 Sentyabr 2017 Şeyxin oğlu Azərbaycandan birdəfəlik getdi
17 Sentyabr 2017 Jurnalistin kənd təsərrüfatı təəsüratı
15 Sentyabr 2017 Ucarda DYP əməkdaşlarına "axşam bazarı" vermədiyi üçün vətəndaşın avtomobili əlindən alınıb
15 Sentyabr 2017 “İmam” və ”axund”un fərqi nədir? – Nəriman Qasımoğlu
14 Sentyabr 2017 Sonsuz ailələrlə bağlı - Yeni təklif
13 Sentyabr 2017 Mingəçevirdə əhaliyə içmək üçün yararsıs su verilir -VİDEO
11 Sentyabr 2017 QAT köçkün müəllimləri müdafiə etdi
11 Sentyabr 2017 Saatlıda özbaşnalıq baş alıb gedir!!!
09 Sentyabr 2017 Əkilməyən torpaqlara görə vergi tələbi kəndliləri narazı salıb
07 Sentyabr 2017 Bakı kəndlərində yas mərasimləri yığışdırılır, paytaxtda isə...
07 Sentyabr 2017 Azərbaycanda müəllimlərə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub
07 Sentyabr 2017 4 il instituta getdi, hər il imtahan verdi, sonda dedlər ki, "tələbə deyilsən" - ŞOK məktub
07 Sentyabr 2017 Prezident 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
06 Sentyabr 2017 Əlil övladı olan ana Kəpəz rayon məhkəməsindən şikayətçidir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.