Xəbər lenti

tibbisigorta.jpg
Azərbaycanda elektron həllərin (həll variantlarının) işlənib hazırlanmasını, yüksək keyfiyyətdə və hamı üçün əlçatan səhiyyə xidmətlərinin göstərilməsini təmin edəcək elektron səhiyyə proqramının yaradılması nəzərdən keçiriləcək.

 Trend-in məlumatına görə, “Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə qeyd edilib.

Sənədə görə, proqramın yaradılmasında əsas məqsəd pasiyentlərin məmnunluğuna yönəlmiş səhiyyə sisteminin formalaşdırılmasının təşviq olunmasıdır. Bu sistem pasiyentlərin səmərəli və ehtiyaclarına uyğun şəkildə məlumatlandırılmasına şərait yaradacaq. Elektron səhiyyə proqramı icbari tibbi sığorta sahəsində fəaliyyət göstərən dövlət qurumu tərəfindən Səhiyyə Nazirliyi ilə birlikdə yaradılacaq və onun fəaliyyəti adıçəkilən dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində təmin ediləcək.

Elektron səhiyyə proqramının əsas fəaliyyət istiqamətləri onun fəaliyyətini tənzimləyən sənədlə (nizamnamə) müəyyən ediləcək. Bu istiqamətlər Azərbaycan səhiyyə informasiya sisteminin komponentlərinin işlənib hazırlanması, idarə olunması və bu məqsədlərə nail olunması ilə bağlı zəruri fəaliyyətlərin əlaqələndirilməsindən ibarət olacaq.

Proqram çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə bir neçə komponenti - elektron səhiyyə məlumatlarını, elektron qeydiyyat, rəqəmsal təsvirlər və elektron resepti birləşdirəcək.

Səhiyyə ilə bağlı zəruri informasiyaların işlənib hazırlanması üçün baza rolunu oynayacaq bu məlumatlar tibb xidmətlərinin göstərilməsinə dair müqavilələrin bağlanmasına və icrasına, pasiyentlərin hüquqlarının etibarlı şəkildə qorunmasına,

ictimai səhiyyənin və yüksək keyfiyyətli səhiyyə xidmətlərinin təmin edilməsinə, sağlamlıq vəziyyəti ilə bağlı reyestrlərin və ümumilikdə, səhiyyə infrastrukturunun daha effektiv idarə olunmasına şərait yaradacaq.

Rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaqdır. Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla, kağız daşıyıcılarda təqdim olunur. Bundan əlavə, həkimlər yazdıqları reseptlərin sayı və növünü özündə əks etdirən hesabat hazırlayırlar. Pasiyent kağız resepti əczaçıya təqdim edir və əczaçı resepti öz məlumat sisteminə daxil etdikdən sonra müvafiq dərmanları təqdim edir. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar.

Yol xəritəsində bildirilir ki, rəqəmsal resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmsal resept standartları işlənib hazırlanacaq. Rəqəmsal resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmsal resept tərtib edərək, mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər. Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək, şəxsiyyət vəsiqəsi və ya rəqəmsal resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmsal resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə ediləcək.

Bu prioritetin icrası üçün 2020-ci ilədək 276 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Bölmənin digər xəbərləri

18 Fevral 2017 Avto-kreslo söhbətinə son qoyuldu - “Cərimə olmayacaq”
16 Fevral 2017 Saxta diplomlarda deputatın imzası var...
16 Fevral 2017 Su kəmərində qəza baş verdi: Bu rayonlarda su olmayacaq
16 Fevral 2017 Azərbaycanda güclü zəlzələ ola bilər -XƏBƏRDARLIQ
15 Fevral 2017 İntihar edən gənc məktub yazıbmış - Sevgililər Günü faciəsi
15 Fevral 2017 Qar yağacaq, yollar buz bağlayacaq - Nazirlikdən xəbərdarlıq
15 Fevral 2017 Əli Həsənov köçkünlərdən danışıb, Əli Kərimliyə söz atdı
14 Fevral 2017 İslam Oyunlarına görə tələbələrin təqaüdü kəsilib?
14 Fevral 2017 Cənub və qərb rayonlarında qar gözlənir
05 Fevral 2017 Azərbaycanda yoxsulların sayı durmadan artır
05 Fevral 2017 9 nəfər prokurorluq əməkdaşı işdən qovulub
03 Fevral 2017 Aşura münasibətilə keçirilən qanvermə aksiyası başa çatıb
01 Fevral 2017 Müstəqim Məmmədov rayonda kortejlə gəzir
01 Fevral 2017 Qarlı hava: məktəblər bağlanacaqmı?
29 Yanvar 2017 Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib
26 Yanvar 2017 DTX-dan xüsusi əməliyyat: Silahlı dini ekstremist məhv edildi
26 Yanvar 2017 Ömürlük məhbusların yaxınları Əfv Komissiyasında oldular
25 Yanvar 2017 Hərbi Dəniz Qüvvələrinin komandanı istefaya göndərildi
25 Yanvar 2017 Şirvan sakini: “Oğlumu polisə düzəltmək üçün 10 min aldılar...”
24 Yanvar 2017 Bakıdan Suriyaya gedən ana və 2 azyaşlı uşağı öldürüldü
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.