Xəbər lenti

usaqolumuzu.jpg"8 min manatdan çox xərc çəkdik, nəticə belə oldu"

Bakı Medikal Plazada çalışan ginekoloq Elnurə Mustafayevanın məsuliyyətsizliyi ilə bağlı redaksiyamıza ciddi şikayətlər daxil olub. Belə ki, son iki ildə adıçəkilən həkim tərəfindən müalicə olunan Bakıda yaşayan 28 yaşlı Ağstafa rayon sakini Aynur Bəbrişovanın övladı doğuşa iki gün qalmış ana bətnində dünyasını dəyişib. 

Bu barədə xəstənin bacısı Şəfiqə Bəbrişova məlumat verib. 

Onun sözlərinə görə, iki illik müalicə müddətində E. Mustafayeva analizlərin cavabını onlardan gizlədib:

"Sonda isə bacımın təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yatırılmalı olduğunu söylədi. Bacım iki dəfə süni mayalanma üsulu ilə övlad sahibi olmaq istəsə də, ilk cəhd uğursuz oldu. Amma sonradan 8 min manatdan çox xərc çəkib, ikinci dəfə buna cəhd göstərdi. Nəticə də belə oldu. Hazırda bacıma həyati təhlükə yaranıb". 

Ş. Bəbrişova diqqətə çatdırıb ki, 15 gündən artıqdır bacısı ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə alır və hazırda vəziyyəti çox pisdir:" 

Daxili qanaxması dayanmır. Bacım mütəmadi olaraq Elnurə həkimin yanında müalicə olunub. Həmişə körpənin və bacımın durumu ilə maraqlanmışıq. Həkim heç bir problemin olmadığını, hər şeyin qaydasında olduğunu deyib. Artıq uşağın ana bətnində öldüyünü bildikdə, bunu gizlətməyə çalışdı və təcili xəstəxanaya yatırın dedi. Bacımın vəziyyəti pisləşəndə Elnurə həkim: "Mən haradan bilim ki, belə bir xəstəlik ola bilər” – deyə cavab verdi. Halbuki, bacım həmişə şikayətlənirdi, lakin həkim məsuliyyətsizlik edərək şikayətlərini ciddiyə almadı. Aynur xəstəxanaya yatırılandan həkim telefonlara cavab vermir, Baku Medikal Plazanın rəhbərliyi isə onu gizlədir. Həkimin məzuniyyətdə olduğunu deyirlər”.

Sonda şikayətçi onu da əlavə edib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi düşünür və artıq vəkilə müraciət ediblər.

 

Sherg.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.