Xəbər lenti


tibbisigorta.jpg
Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 50 faizi güzəştdən istifadə edə biləcək.

 Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, pilot rayonlarda icbari tibbi sığorta sisteminə cəlb olunacaq əhalinin təqribən 50 faizi qeyri-iqtisadi, 50 faizi isə iqtisadi fəal əhali qrupuna aiddir.

Agentlik direktoru əlavə edib ki, gələn il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq: “Niyyətimiz odur ki, yanvarın 1-dən sistemin tətbiqinə başlayaq. Amma bu, elə də asan deyil. Çünki yanvarın 1-dən pilot rayonlardakı dövlət xəstəxanalarının idarəçiliyi də Agentliyə keçdiyindən, bununla əlaqədar bir qədər hazırlıq işləri görüləcək, sonra isə biz sistemin tətbiqinə başlayacağıq”.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Layihə həyata keçirilərkən aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.

Bölmənin digər xəbərləri

26 Sentyabr 2017 Neftçalada cəbhəçi müəllimlər işə bərpa edildi
25 Sentyabr 2017 Avtovağzalda parkinqin neçə dəqiqəsi pulsuzdur? – Qiymətlər
25 Sentyabr 2017 Azərbaycanda buna görə cəza sərtləşdirilir
22 Sentyabr 2017 İraqdakı azərbaycanlı körpələrlə bağlı növbəti - Açıqlama
21 Sentyabr 2017 BAO türkmanların durumunu müzakirə edəcək
21 Sentyabr 2017 İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklərə etirazı qəbul edild
20 Sentyabr 2017 "Gazelli" Group yanğınla bağlı açıqlama yaydı - HADİSƏNİN SƏBƏBİ MƏLUM DEYİL
20 Sentyabr 2017 Ağdamın icra başçısı məhkəmədə dindirilməsi haqda xəbəri təkzib edir
18 Sentyabr 2017 Çarəsiz ana milyarder Fərhad Əhmədovdan kömək istədi
17 Sentyabr 2017 Şeyxin oğlu Azərbaycandan birdəfəlik getdi
17 Sentyabr 2017 Jurnalistin kənd təsərrüfatı təəsüratı
15 Sentyabr 2017 Ucarda DYP əməkdaşlarına "axşam bazarı" vermədiyi üçün vətəndaşın avtomobili əlindən alınıb
15 Sentyabr 2017 “İmam” və ”axund”un fərqi nədir? – Nəriman Qasımoğlu
14 Sentyabr 2017 Sonsuz ailələrlə bağlı - Yeni təklif
13 Sentyabr 2017 Mingəçevirdə əhaliyə içmək üçün yararsıs su verilir -VİDEO
11 Sentyabr 2017 QAT köçkün müəllimləri müdafiə etdi
11 Sentyabr 2017 Saatlıda özbaşnalıq baş alıb gedir!!!
09 Sentyabr 2017 Əkilməyən torpaqlara görə vergi tələbi kəndliləri narazı salıb
07 Sentyabr 2017 Bakı kəndlərində yas mərasimləri yığışdırılır, paytaxtda isə...
07 Sentyabr 2017 Azərbaycanda müəllimlərə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.