Xəbər lenti

mikayilcabbarov.jpg
Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

 Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsil Tv”-nin “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

Ümumtəhsil müəssisələrində müəllimlərin əməkhaqqında differensiallaşdırma sisteminin tətbiq olunacağını deyən Nazir bildirib ki, attestasiya yalnız müəllimlərin əmək müqavilələrinin vaxtını uzatmaq yaxud da müqaviləyə xitam vermək məqsədi ilə keçirilmir: “ Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq. Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər”.

Təhsil naziri əlavə edib ki, attestasiyanın keçirilmə tarixi haqda əvvəlcədən məlumat veriləcək ki, müəllimlərin də hazırlaşmağa imkanı olsun.

Nazirin sözlərinə görə, 3 il əvvəl aparılmış islahatlar nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqından 40 % aşağı olduğu müəyyən olunub: “ Bu da peşə seçiminə çox mənfi təsir göstərir. İstedadlılar əməkhaqqı azdır deyə müəllimlik peşəsini seçmirdilər. Ancaq diaqnostik qiymətləndirmə nəticəsində müəllimlərin orta aylıq əməkhaqqısı respublika üzrə orta aylıq əməkhaqqı ilə çox yaxınlaşıb. Peşə seçimində rəqabətlilik bərpa olunub.

lent.az

 

Bölmənin digər xəbərləri

22 Sentyabr 2017 İraqdakı azərbaycanlı körpələrlə bağlı növbəti - Açıqlama
21 Sentyabr 2017 BAO türkmanların durumunu müzakirə edəcək
21 Sentyabr 2017 İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklərə etirazı qəbul edild
20 Sentyabr 2017 "Gazelli" Group yanğınla bağlı açıqlama yaydı - HADİSƏNİN SƏBƏBİ MƏLUM DEYİL
20 Sentyabr 2017 Ağdamın icra başçısı məhkəmədə dindirilməsi haqda xəbəri təkzib edir
18 Sentyabr 2017 Çarəsiz ana milyarder Fərhad Əhmədovdan kömək istədi
17 Sentyabr 2017 Şeyxin oğlu Azərbaycandan birdəfəlik getdi
17 Sentyabr 2017 Jurnalistin kənd təsərrüfatı təəsüratı
15 Sentyabr 2017 Ucarda DYP əməkdaşlarına "axşam bazarı" vermədiyi üçün vətəndaşın avtomobili əlindən alınıb
15 Sentyabr 2017 “İmam” və ”axund”un fərqi nədir? – Nəriman Qasımoğlu
14 Sentyabr 2017 Sonsuz ailələrlə bağlı - Yeni təklif
13 Sentyabr 2017 Mingəçevirdə əhaliyə içmək üçün yararsıs su verilir -VİDEO
11 Sentyabr 2017 QAT köçkün müəllimləri müdafiə etdi
11 Sentyabr 2017 Saatlıda özbaşnalıq baş alıb gedir!!!
09 Sentyabr 2017 Əkilməyən torpaqlara görə vergi tələbi kəndliləri narazı salıb
07 Sentyabr 2017 Bakı kəndlərində yas mərasimləri yığışdırılır, paytaxtda isə...
07 Sentyabr 2017 Azərbaycanda müəllimlərə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub
07 Sentyabr 2017 4 il instituta getdi, hər il imtahan verdi, sonda dedlər ki, "tələbə deyilsən" - ŞOK məktub
07 Sentyabr 2017 Prezident 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
06 Sentyabr 2017 Əlil övladı olan ana Kəpəz rayon məhkəməsindən şikayətçidir
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.