Xəbər lenti

saakasvilihok.jpg
Ukraynanın Mühacirət Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşaya deportasiyası haqda qərar qəbul edib.

Sozcu.az-ın “Virtualaz.org”a istinadən məlumatına görə, bunu bu gün "Rustavi-2" telekanalına müsahibəsində M.Saakaşvili özü deyib.

Kiyevdə olan siyasətçi gürcü telekanalına bildirib ki, onu Polşaya deportasiya etmək üçün "Ukraynanın Mühacirət Xidməti sənədlər paketi imzalayıb". O, qeyd edib ki, "sonra nə olacağından asılı olmayaraq, Ukraynada hakimiyyətin dəyişməsi üçün” dinc mübarizəsini davam etdirəcək.

Ancaq Saakaşvilinin müdafiəçiləri bildirirlər ki, onun iddiaları üzrə məhkəmə təhqiqatları davam etdiyindən, siyasətçinin ekstradisiyası üçün hakimiyyətin hüquqi əsası yoxdur.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.