Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_umidpart.jpgÜmid Partiyası seçkilərdə iştirak etməyəcək

Sozcu.az xəbər verir ki, fevral ayının 10-da Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirildi. Sessiyada 11.04.2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət müzakirə olundu. Partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın 11.04.2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibəti ilə bağlı geniş məruzə etdi. 

İqbal Ağazadə Partiyanın prezident seçkilərində namizədiylə iştirakının Partiyanın Nizamnaməsinə uyğun olaraq Qurultayın səlahiyyətində olduğunu vurğuladı. Və Partiyanın növbəti Qurultayının may ayının 28-də keçirilməsinin bəyan edildiyini nəzərə alaraq hüquqi baxımdan növbədənkənar Qurultayın keçilməsinin zaman etibarı ilə mümkünsüzlüyünü bildirdi.

Məruzə və çıxışlarda Ümid Partiyasının apreli 11-də keçiriləcək növbədənkənar prezident seçkilərilərdə iştirak etməməsi təklifi səsləndirildi.

Ali Məclis Ümid Partiyasının 11.04.2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərilərdə iştirak etməməsi haqqında qərar qəbul etdi.

Bildirildi ki,seçkiyə qatılanların da, qatılmayanların da özlərinin arqumentləri var. Hər kəs öz qarqumentlərində haqlıdır. Biz seçkilərdə iştirak etməsək də, hər kəsin fikirlərinə, qərarlarına hörmətlə yanaşırıq. Üzvlərimiz isə fikirlərində sərbəsdir.Seçkidə iştirak edib-etməyəcəklərinə,kimə səs verib-verməyəcəklərinə özləri qərar verə bilər.

Ali Məclis ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı hakimiyyətə və müxalifətə müraciət etdi.
Biz buradan hakimiyyətə səslənirik. Ümid Partiyası olaraq, hər zaman barış və dialoqun tərəfdarı olmuşuq. Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı, onun maraqları üçün hər hansı bir təhlükə varsa, bu cəmiyyətlə açıq paylaşılmalı, siyasi institutlarla müzakirə olunmalı, birgə qərar qəbul olunmalıdır. Dövlət və dövlət maraqları naminə bütün xarici təhlükələrin qarşısını almağa sizlərlə birgə hazırıq və özümüzü də sizin qədər bu məsələlərdə məsul bilirik. Müxalifətə müraciət edirəm. 11 aprel seçkiləri nə sondur, nə də başlanğıc. Demokratikləşmə üçün, ölkəmizi və xalqımızı gözləyə biləcək təzyiq və təhdidlər üçün mütləq bir arada olmalı, birgə səy göstərməli və demokratiləşmə layihəsi hazırlamalıyıq.
Həmçinin Ali Məclis qarşıdan gələn Novruz Bayramında əhv fərmanı ilə siyasi məhbusların hamısının azadlığa buraxılması üçün hakimiyyətə çağrış etdi.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.