Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_borcalihaci1.jpg
Yanvarın 31-də Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günündə Borçalı Cəmiyyətində ölkənin tanınmış ictimai siyasi xadimlərinin iştirakı ilə maraqlı və öz növündə unikal bir mərasim keçirilib. Cəmiyyətin"Sağlığında heykəlləşənlər" layihəsi çərçivəsində məhz bu əlamətdar gündə keçirilən növbəti tədbiri əsası Milli liderimiz tərəfindən qoyulan istiqlal ideyalarının layiqli davamçısı, tanınmış ictimai siyasi xadim, istiqlalçı millət vəkili, professor Hacıbaba Əzimova həsr edilib.

Sozcu.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət himni səslənəndən sonra tədbirin aparıcısı Borçalı Cəmiyyətinin sədr müavini Rüfət Muradlı Məhəmməd Əmin Rəsulzadə zirvəsi haqda qısa məlumat verdikdən sonra "Sağlığında heykəlləşənlər" layihəsinin bu günkü özəl gündəki qonağının Hacıbaba Əzimovun olmasının da tarixi qanunauyğunluğunu diqqətə çatdıraraq sözü Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verib. Z. Məmmədli tədbir iştirakçılarını M.Ə.Rəsulzadənin doğum günü münasibətilə təbrik edib salamlayaraq Borçalı Cəmiyyətinin milli dəyərlərimizin qorunması yolundakı missiyasının heç zaman dəyişmədiyinin və 31 yanvar tarixində belə bir mərasimin keçirilməsini də məhz bu ənənənin davamı adlandırıb. Borçalı Cəmiyyətinin sədri öz çıxışında 2018-ci ilin istər Azərbaycanda, istərsə də Gürcüstanda Cumhuriyyət ili olmasına da işarə edib və hər iki ölkədə demokratik dəyərlərin qorunması və inkişaf etdirilməsinə səsləyib. Sonra Z. Məmmədli Hacıbaba Əzimovu 80 illiyi münasibətilə də təbrik edərək ona Borçalı Cəmiyyətinin xüsusi mükafatını təqdim edib. Professor H. Əzimov isə öz çıxışına Məhəmməd Əmin Rəsulzadə yolu haqda düşüncələri ilə başlayaraq iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib . Çıxışına öz həyat yolu haqda sözlərlə davam edən istiqlalçı deputat özəlliklə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının qəbul edilməsi prosesi haqda tədbirə qatılanlara öz xatirələrini danışıb və o dövrün həqiqətlərini bölüşüb. Professor H.Əzimov öz çıxışını pedoqoji fəaliyyəti ilə bağlı gördüyü işlərlə davam etdirib.

Daha sonra 31 yanvarın tariximizdəki yeri və professor Hacıbaba Əzimov haqda məhz belə bir gündə mərasim keçirilməsinin önəmi haqda, eləcə də Hacıbaba Əzimov şəxsiyyəti ətrafında ölkənin tanınmış ziyalıları Mehriban Vəzir, Qulu Məhərrəmli, istiqlalçı deputatlar Sülhəddin Əkbər, İxtiyar Şirin, keçmiş baş nazir Pənah Hüseyn, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Borçalı Cəmiyyəti İH-nin üzvü Mahmud Hümmətov, şair Qivi Pasxataşvili, Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, şair Süleyman Səmədoğlu və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər. Tədbirin sonunda Borçalı Cəmiyyətinin sədri bir daha M.Ə.Rəsulzadənin doğum günü münasibətilə iştirakçıları təbrik edərək istiqlalçı millət vəkili Hacıbaba Əzimova can sağlığı diləyib. Bayram ovqatlı mərasim Aşıq Cahangir Quliyevin sazda Ruhani havası ilə sona çatıb.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_borcalihaci1.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_borcalihac2.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_borcalhac3.jpg

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.