Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_borcali767.jpg
Borçalı" Cəmiyyəti Türkiyənin anti-terror əməliyyatlarını dəstəklədi

Sozcu.az xəbər verir ki,yanvarın 23-də Borçalı Cəmiyyəti İH -nin növbəti iclası keçirilib. Əsas müzakirələr 2018-ci ilin "Cumhuriyyət İli" olması nəzərə alınaraq görüləcək işlərlə bağlı olub. Bu haqda redaksiyamıza cəmiyyətin sədr müavini Rüfət Muradlı bildirib:"Olduqca səmərəli müzakirələrdən sonra 2018-ci ildə Cumhuriyyətimizin adına layiq qərarlar aldıq. İclasda çıxş edənlər qardaş Türkiyə ordusuna Afrindəki son anti-terror əməliyyatlarda da uğurlar diləyib Azərbaycan hakimiyyətinin də bu əməliyyatlara dəstək verməsini təqdir etdilər. İclasda son günlər dünyasını dəyişən filosof Camal Mustafayevin (Dədə Camalın) xatirəsinə "Qələm və kəlam" mükafatının təsis edilməsilə bağlı qərar qəbul edildi. Cumhuriyyət ilimizdə Nuru Paşanın büstünün hazırlanması və Emin Ağanın xatirəsinin əbədiləşdirilməsi üçün də qərar qəbul edildi. Daha sonra qərara alındı ki , Cumhuriyyətin 100 illiyi münasibətilə keçiriləcək tədbirlər silsiləsində "Sağlığında heykəlləşənlər" layihəsinin növbəti qonağı Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasında əməyi olan istiqlalçı deputat Hacıbaba Əzimov olsun. İclas miqrasiya məsələlərinin və bu haqda yeni təklif layihəsinin müzakirəsilə davam etdi. İH üzvləri bir daha Cəmiyyət sədri Zəlimxan Məmmədlinin öz Ata baba yurduna giriş yasağı ilə bağlı ədalətsiz qərarın ləğv edilməsilə əlaqədar bundan sonra da fəaliyyətlərin intensivləşdirilməsi haqda qərar qəbul etdilər".

Bölmənin digər xəbərləri

22 Fevral 2018 Əhmədinejat İran xalqı üçün azad seçim istədi - Xameneinə məktub
22 Fevral 2018 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi – Səbəb
20 Fevral 2018 Kreml prezidentlərin İstanbul görüşünü təsdiqləyib
19 Fevral 2018 İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib
19 Fevral 2018 ATƏT seçkiqabağı vəziyyəti öyrənmək üçün Bakıya missiya göndərir
19 Fevral 2018 Türkiyədən ərəb liderə sərt reaksiya: Sizin sisteminiz budur
15 Fevral 2018 "Burda Rusiyanın da böyük günahı var..." - Şərh
15 Fevral 2018 Sərkisyanın son cəhdləri – Terrorçulara məktub
15 Fevral 2018 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
14 Fevral 2018 İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi
13 Fevral 2018 KXCP-nin Ali Məclisi prezident seçkiləri ilə bağlı toplanır
11 Fevral 2018 Saakaşvili Polşaya deportasiya edilir
10 Fevral 2018 "Xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq" - ƏLİ ƏHMƏDOV
10 Fevral 2018 Ümid Partiyası da prezident seçkilərini baykot etdi
10 Fevral 2018 Əli Əliyev İrana səfərə gedib
09 Fevral 2018 Ərdoğan: Bu, isinmə hərəkətidir, əsl hücumu görəcəksiniz
05 Fevral 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi
05 Fevral 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran
01 Fevral 2018 Borçalı Cəmiyyəti unikal anım mərasimi keçirdi FOTOLAR
01 Fevral 2018 Parlamentin yaz sessiyasının ilk iclası başladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.