Xəbər lenti

tofiqzulfuqarov.jpg
"Ermənistanın mövqeyi dəyişmədikcə, tərəflərin və həmsədrlərin görüşlərində yeniliyin olması çətindir”.

 Bunu "Sherg.az”a ötən gün Krakovda baş tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların nəticələrini şərh edərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

O diqqətə çatdırıb ki, erməni tərəfinin bəyanatları onların mövqeyinin daha da sərtləşdiyini göstərir:

"Bu cür mövqe davam etdiyi müddətdə kompromisin əldə olunması mümkün deyil. Görüşdən sonra tərəflərin və həmsədrlərin bəyanatlarında da yenilik müşahidə edilmir. Münaqişənin həlli üçün yeni təkliflər olması müşküldür. Bütün variantlar, bunlara Azərbaycan və Ermənistanın münasibəti bəllidir. Ermənistan rəhbərliyinin radikal bəyanatlarını da üzərinə əlavə etdikdə optimizm üçün heç bir əsas olmadığını görəcəyik”.

Minsk qrupunun fəaliyyətinə gəlincə,T.Zülfüqarov xatırladıb ki, ötən il də danışıqlar aparıldı, amma heç bir nəticə əldə edilmədi: "İşğalçıya təzyiq edilməsə, onun mövqeyi dəyişməyəcək. Bu təzyiqi görmürük. Əksinə bəzi məqamlarda, xüsusilə Rusiya tərəfindən dəstək addımları atılır. Belə çıxır ki, bu işğalçılıq siyasətinə dolayı dəstəkdir. Dəstəyi hiss edən Ermənistan mövqeyini daha da sərtləşdirir”.

Qeyd edək ki, Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə müsbət açıqlamalar səsləndirib. Nazir bildirib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
Sozcu.az

Bölmənin digər xəbərləri

22 Fevral 2018 Əhmədinejat İran xalqı üçün azad seçim istədi - Xameneinə məktub
22 Fevral 2018 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi – Səbəb
20 Fevral 2018 Kreml prezidentlərin İstanbul görüşünü təsdiqləyib
19 Fevral 2018 İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib
19 Fevral 2018 ATƏT seçkiqabağı vəziyyəti öyrənmək üçün Bakıya missiya göndərir
19 Fevral 2018 Türkiyədən ərəb liderə sərt reaksiya: Sizin sisteminiz budur
15 Fevral 2018 "Burda Rusiyanın da böyük günahı var..." - Şərh
15 Fevral 2018 Sərkisyanın son cəhdləri – Terrorçulara məktub
15 Fevral 2018 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
14 Fevral 2018 İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi
13 Fevral 2018 KXCP-nin Ali Məclisi prezident seçkiləri ilə bağlı toplanır
11 Fevral 2018 Saakaşvili Polşaya deportasiya edilir
10 Fevral 2018 "Xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq" - ƏLİ ƏHMƏDOV
10 Fevral 2018 Ümid Partiyası da prezident seçkilərini baykot etdi
10 Fevral 2018 Əli Əliyev İrana səfərə gedib
09 Fevral 2018 Ərdoğan: Bu, isinmə hərəkətidir, əsl hücumu görəcəksiniz
05 Fevral 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi
05 Fevral 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran
01 Fevral 2018 Borçalı Cəmiyyəti unikal anım mərasimi keçirdi FOTOLAR
01 Fevral 2018 Parlamentin yaz sessiyasının ilk iclası başladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.