Xəbər lenti

akifnagisek.jpg
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı sambo üzrə dünya çempionu Sənan Əliyevin ağır xəsarət alması, yataq xəstəsi olması, maddi çətinliklər üzündən müalicə ala bilməməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Sozcu.az xəbər verir ki, müraciətdə göstərilir: Sambo üzrə dünya çempionu Sənan Veysəl oğlu Əliyevin ağır sağlamlıq durumu ilə bağlı Sizə müraciət edirik. Otuz iki yaşlı Sənan Əliyev bu gün fəqərə və onurğa sütununun ciddi zədələri ilə yataq xəstəsidir. Onun hətta müayinə olunmağa, adi dərmanları almağa maddi imkanı yoxdur. Sənan Əliyev bu günə qədər ən müxtəlif səviyyələrdə, dünyanın çox yerlərində Azərbaycanı ləyaqətlə təmsil edib, böyük idman uğurlarına imza atıb, dünya çempionu olub, dövlətimizin bayrağını yüksəklərə qaldırıb. O, dəfələrlə idman meydanlarında erməni nümayəndələri ilə qarşılaşıb, bir dəfə də olsun məğlub olmayıb, düşmən ölkənin təmsilçilərinə qarşı bütün varlığı ilə döyüşüb, həmişə də diz çökdürüb. Onun atası Veysəl Əliyev Qarabağ müharibəsi veteranıdır, düşmənə qarşı rəşadətlə vuruşub, Vətən və dövlət qarşısında borcunu şərəflə yerinə yetirib. Sənan Əliyev və atası bu günə qədər dəfələrlə uyğun dövlət orqanlarına, nazirliklərə müraciət ediblər, lakin xəstə idmançıya heç bir real yardım göstərilməyib. Sənan Əliyev vaxtilə Ukraynada idmanla məşğul olub, Ukrayna hökuməti tərəfindən tam diqqətdə saxlanılmasına, yüksək səviyyədə təminatına baxmayaraq, vətənpərvər bir gənc kimi Azərbaycana qayıdıb, bütün bacarığını Azərbaycan idmanının yüksəlişinə sərf edib, böyük uğurlar qazanıb, dünya çempionu olub. O, indi o qədər ağır vəziyyətdədir ki, hətta Azərbaycana qayıtdığına görə hərdən özünü qınayır. O, vətənpərvər insandı, Azərbaycana bütün ürəyi ilə bağlıdır. Amma məmurların biganəliyini görəndə küsür, inciyir. Sizin humanistliyinizi, idmançılara xüsusi qayğınızı bilir və xahiş edirik ki, Sənan Əliyevi də köməksiz qoymayın, onun sağalaraq idman arenasına qayıtması, Azərbaycan idmanına, dövlətimizə xidmətini davam etdirməsi üçün tapşırıqlarınızı verəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik.

Bölmənin digər xəbərləri

22 Fevral 2018 Əhmədinejat İran xalqı üçün azad seçim istədi - Xameneinə məktub
22 Fevral 2018 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi – Səbəb
20 Fevral 2018 Kreml prezidentlərin İstanbul görüşünü təsdiqləyib
19 Fevral 2018 İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib
19 Fevral 2018 ATƏT seçkiqabağı vəziyyəti öyrənmək üçün Bakıya missiya göndərir
19 Fevral 2018 Türkiyədən ərəb liderə sərt reaksiya: Sizin sisteminiz budur
15 Fevral 2018 "Burda Rusiyanın da böyük günahı var..." - Şərh
15 Fevral 2018 Sərkisyanın son cəhdləri – Terrorçulara məktub
15 Fevral 2018 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
14 Fevral 2018 İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi
13 Fevral 2018 KXCP-nin Ali Məclisi prezident seçkiləri ilə bağlı toplanır
11 Fevral 2018 Saakaşvili Polşaya deportasiya edilir
10 Fevral 2018 "Xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq" - ƏLİ ƏHMƏDOV
10 Fevral 2018 Ümid Partiyası da prezident seçkilərini baykot etdi
10 Fevral 2018 Əli Əliyev İrana səfərə gedib
09 Fevral 2018 Ərdoğan: Bu, isinmə hərəkətidir, əsl hücumu görəcəksiniz
05 Fevral 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi
05 Fevral 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran
01 Fevral 2018 Borçalı Cəmiyyəti unikal anım mərasimi keçirdi FOTOLAR
01 Fevral 2018 Parlamentin yaz sessiyasının ilk iclası başladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.