Xəbər lenti

bbababababa.jpg
Onun başçılıq etdiyi Hərəkat bölgələrdə Vitse-prezident Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürülməsi məsələsi ilə məşğul olmağa başlayıb.

Bu günlərdə Ağsu şəhərində Hacı Əbdülün rəhbərlik etdiyi Vətən Naminə Xalq Birliyi Hərəkatının idarə heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda cari məsələlərlə bərabər qarşıdan gələn 2018-ci il prezident seçkilərində müvafiq namizədin irəli sürülməsi məsələsi də müzakirə olunub. Hərəkat rəhbəri Hacı Əbdül Moderator.az-a açıqlamasında yığıncaqda müzakirə olunan məsələlər haqda bunları deyib:

“Bismilləhir Rəhmanir Rəhim! Ağsu şəhərində Vətən Naminə Xalq Hərəkatının rəhbərliyi və rayon şöbəsinin fəallarının görüşündə fəaliyyətimizin daha da genişləndirilməsi, o cümlədən Ağsu rayon şöbəsinin rəhbərlik məsələsi müzakirə olundu. Rayon fəallarının yekdil qərarı ilə rayon rəhbərliyi təyin olundu.

Azərbaycanın müstəqil dövlətçiliyinin qorunması ilə bağlı Prezident İlham Əliyevin apardığı siyasətə dəstək yönündə Hərəkat üzvlərinin fəaliyyət istiqamətləri müəyyənləşdi. Son zamanlar xaricdən, bəzi mərkəzlər tərəfindən dövlətimizə qarşı aparılan böhtan xarakterli qarayaxma kampaniyaların güclənməsi müşahidə olunur. Bu işdə onlara ölkə daxilindəki satqınlar da kömək edirlər. Bunu nəzərə alaraq VNXB Hərəkatının rəhbərliyi və üzvləri Prezident İlham Əliyevin ətrafında birləşərək bu təzyiq və şantajların qarşısının alınmasında xalqımıza, dövlətimizə dəstək olmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər. 2018-ci il prezident seçkilərində İlham Əliyev cənablarının namizədliyinin irəli sürülməsi ilə bərabər, ona layiq alternativ kimi yalnız birinci Vitse-prezident Mehriban xanım Əliyevanın namizədliyinin irəli sürülməsi mümkündür. Çünki istər ölkə daxilində, istərsə də xaricində Prezident cənab İlham Əliyevin apardığı siyasətin layiqli davamçısı yalnız Mehriban xanım ola bilər. VNXB Hərəkatı Mehriban xanımın müstəqil namizəd kimi irəli sürülməsini dəstəkləyir…”

Hacı Əbdül onu da vurğuladı ki, Mehriban xanımın namizədliyinin irəli sürülməsi əsla Prezident İlham Əliyevin apardiğı uğurlu siyasətə kölgə salmaq deyil, əksinə, Prezidentin daima ölkəmizin müstəqil siyasət yeritməsi, dini-mənəvi dəyərlərimizin qorunması istiqəmətində apardığı mübarizənin dəstəklənməsi məqsədini güdür. “Bizim Mehriban Əlieya ilə bağlı addımımız isə Azərbaycanı yaxın gələcəkdə dini-siyasi zəmində qarşıdurma və xaosa sürükləməyə çalışan məkrli xarici və daxili güclərin planlarının qarşısını almağa hesablanıb...” –deyə VNXB Hərəkatının sədri bildirib.
160403.jpg
160406.jpg
160404.jpg
160405.jpg

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Tofiq Zülfüqarov:“Rusiya tərəfindən işğalçı Ermənistana dəstək addımları atılır”
18 Yanvar 2018 Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
16 Yanvar 2018 Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi
15 Yanvar 2018 Azərbaycan prezidenti və Bolqarıstan baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
15 Yanvar 2018 Nəcməddin Sadıqov Brüsselə gedir
15 Yanvar 2018 Siyasi məhbus siyahısı yeniləndi...
13 Yanvar 2018 "Rəsulzadənin məzarının gətirilməsində problem yoxdur" - SİYAVUŞ NOVRUZOV
13 Yanvar 2018 “Amnistiya barədə dəqiq məlumat almışıq”
11 Yanvar 2018 “Azərkosmos” nazirlikdən alındı
10 Yanvar 2018 İlham Əliyev nazirləri topladı
09 Yanvar 2018 Ərdoğan Baxçalının “dəstəkləmə” qərarı ilə bağlı ilk dəfə danışdı
09 Yanvar 2018 ABŞ Suriyada kürd dövləti qurur: 7 ölkədən təminat
09 Yanvar 2018 Pens: “Kim Çen bizə görə danışıqlara gedir”
03 Yanvar 2018 Ermənistanda bayram ağır yükə çevrilib
01 Yanvar 2018 Elman Türkoğlu KXCP -yə geri döndü
29 Dekabr 2017 İlham Əliyev Kastro və Bəşirə məktub ünvanladı
28 Dekabr 2017 Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu –Departamentdən bəyanat
26 Dekabr 2017 Siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği artırıldı
25 Dekabr 2017 KXCP iran səfirliyinin qarşısında aksiya keçirəcək
25 Dekabr 2017 İlham Əliyev Maksim Oreşkini qəbul edi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.