Xəbər lenti

ilhameliyev.jpg
Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa təbrik məktubu ünvanlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm", - təbrikdə qeyd edilir.

***
Prezident İlham Əliyev Sudan Respublikasının Prezidenti Zati-aliləri cənab Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sudan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram", - təbrikdə qeyd edilir.

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Tofiq Zülfüqarov:“Rusiya tərəfindən işğalçı Ermənistana dəstək addımları atılır”
18 Yanvar 2018 Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
16 Yanvar 2018 Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi
15 Yanvar 2018 Azərbaycan prezidenti və Bolqarıstan baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
15 Yanvar 2018 Nəcməddin Sadıqov Brüsselə gedir
15 Yanvar 2018 Siyasi məhbus siyahısı yeniləndi...
13 Yanvar 2018 "Rəsulzadənin məzarının gətirilməsində problem yoxdur" - SİYAVUŞ NOVRUZOV
13 Yanvar 2018 “Amnistiya barədə dəqiq məlumat almışıq”
11 Yanvar 2018 “Azərkosmos” nazirlikdən alındı
10 Yanvar 2018 İlham Əliyev nazirləri topladı
09 Yanvar 2018 Ərdoğan Baxçalının “dəstəkləmə” qərarı ilə bağlı ilk dəfə danışdı
09 Yanvar 2018 ABŞ Suriyada kürd dövləti qurur: 7 ölkədən təminat
09 Yanvar 2018 Pens: “Kim Çen bizə görə danışıqlara gedir”
03 Yanvar 2018 Ermənistanda bayram ağır yükə çevrilib
01 Yanvar 2018 Elman Türkoğlu KXCP -yə geri döndü
31 Dekabr 2017 Ağsuda Mehriban Əliyevaya komanda formalaşdırılır? - Hacı Əbdül bölgələrdə...
28 Dekabr 2017 Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu –Departamentdən bəyanat
26 Dekabr 2017 Siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği artırıldı
25 Dekabr 2017 KXCP iran səfirliyinin qarşısında aksiya keçirəcək
25 Dekabr 2017 İlham Əliyev Maksim Oreşkini qəbul edi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.