Xəbər lenti

ilqar.jpgİlqar Məmmədov məsələsində Azərbaycan hakimiyyətinə son şans

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başlayıb.

Turan agentliyinin məlumatına görə bu barədə AİHM-in mətbuat üçün açıqlamasında deyilir.

Bu prosedurdan məqsəd Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir.

Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Konvensiyasına 2010-cu ildə daxil edilmiş bu prosedur Avropa Şurası Nazirlər Kabinetinə üzv ölkənin məhkəmə qərarını yerinə yetirməməsi barədə AİHM-ə müraciət səlahiyyəti verir.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. AİHM Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.

Bu prosedur AİHM-in Böyük Palatası tərəfindən keçirilir.

Mətbuat məlumatında xatırladılır ki, 1970-ci il doğumlu Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazların ardınca həbs edilib. O 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 illik həbsxana cəzasına məhkum edilib.

AİHM 2014-cü ildə bu qərara gəlib ki, cənab Məmmədov, cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsindən əsas məqsəd hökuməti tənqid edən Məmmədovun cəzalandırılması və ya susdurulması olub.

AİHM-in gəldiyi nəticəyə görə, Azərbaycan bu həbslə Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərini (azadlıq və təhlükəsizlik hüququ), 6-cımaddəsinin 2-ci bəndini (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci maddəsini (hüquqların məhdudlaşdırılması) pozub.

Bununla əlaqədar Nazirlər Kabineti Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (hökmlərin icrasının icbariliyi) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb.

Konvensiyanın bu maddəsi Komitəyə Azərbaycanın məhkəmə hökmünü yerinə yetirməməsi ilə əlaqədar AİHM-ə müraciə etmək səlahiyyəti verir.

Bu halda Nazirlər Komitəsi əvvəlcə sözü gedən ölkəyə xəbərdarlıq bildirişi təqdim etməlidir. Bu bildiriş artıq oktyabr ayında verilib. Bundan sonra Nazirlər Komitəsi üzvlərin üçdə ikisinin razılığı ilə AİHM-ə müraciət edir.

AİHM bu məsələyə Böyük Palata qismində baxacaq. Nazirlər Komitəsinə və cavabdeh ölkəyə bu işlə əlaqədar şərhlərini bildirmək üçün Böyük Palatanın sədri tərəfindən vaxt təyin ediləcək.

Böyük Palata bu iş üzrə ayrıca dinləmənin keçirilməsi barədə də qərar qəbul edə bilər.

Böyük Palata Azərbaycanı AİHM-in hökmünü yerinə yetirməkdən imtina etməkdə təqsirli bilərsə, bundan sonra məsələ növbəti tədbirlərin görülməsi üçün təkrar Nazirlər Kabinetinə göndərilir.

Bölmənin digər xəbərləri

23 Yanvar 2018 Borçalı" Cəmiyyəti Türkiyənin anti-terror əməliyyatlarını dəstəklədi
19 Yanvar 2018 Tofiq Zülfüqarov:“Rusiya tərəfindən işğalçı Ermənistana dəstək addımları atılır”
18 Yanvar 2018 Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
16 Yanvar 2018 Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi
15 Yanvar 2018 Azərbaycan prezidenti və Bolqarıstan baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
15 Yanvar 2018 Nəcməddin Sadıqov Brüsselə gedir
15 Yanvar 2018 Siyasi məhbus siyahısı yeniləndi...
13 Yanvar 2018 "Rəsulzadənin məzarının gətirilməsində problem yoxdur" - SİYAVUŞ NOVRUZOV
13 Yanvar 2018 “Amnistiya barədə dəqiq məlumat almışıq”
11 Yanvar 2018 “Azərkosmos” nazirlikdən alındı
10 Yanvar 2018 İlham Əliyev nazirləri topladı
09 Yanvar 2018 Ərdoğan Baxçalının “dəstəkləmə” qərarı ilə bağlı ilk dəfə danışdı
09 Yanvar 2018 ABŞ Suriyada kürd dövləti qurur: 7 ölkədən təminat
09 Yanvar 2018 Pens: “Kim Çen bizə görə danışıqlara gedir”
03 Yanvar 2018 Ermənistanda bayram ağır yükə çevrilib
01 Yanvar 2018 Elman Türkoğlu KXCP -yə geri döndü
31 Dekabr 2017 Ağsuda Mehriban Əliyevaya komanda formalaşdırılır? - Hacı Əbdül bölgələrdə...
29 Dekabr 2017 İlham Əliyev Kastro və Bəşirə məktub ünvanladı
28 Dekabr 2017 Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu –Departamentdən bəyanat
26 Dekabr 2017 Siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği artırıldı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.