Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_erdoganquds4.jpg

"İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. “Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb.

"Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir.

Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. İsrail əsgərlərinin fələstinli qardaşlarımıza tətbiq etdiyi zülmü lənətləyirik. Qüds bizim qırmızı xəttimizdir.1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür".
Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Tofiq Zülfüqarov:“Rusiya tərəfindən işğalçı Ermənistana dəstək addımları atılır”
18 Yanvar 2018 Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
16 Yanvar 2018 Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi
15 Yanvar 2018 Azərbaycan prezidenti və Bolqarıstan baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
15 Yanvar 2018 Nəcməddin Sadıqov Brüsselə gedir
15 Yanvar 2018 Siyasi məhbus siyahısı yeniləndi...
13 Yanvar 2018 "Rəsulzadənin məzarının gətirilməsində problem yoxdur" - SİYAVUŞ NOVRUZOV
13 Yanvar 2018 “Amnistiya barədə dəqiq məlumat almışıq”
11 Yanvar 2018 “Azərkosmos” nazirlikdən alındı
10 Yanvar 2018 İlham Əliyev nazirləri topladı
09 Yanvar 2018 Ərdoğan Baxçalının “dəstəkləmə” qərarı ilə bağlı ilk dəfə danışdı
09 Yanvar 2018 ABŞ Suriyada kürd dövləti qurur: 7 ölkədən təminat
09 Yanvar 2018 Pens: “Kim Çen bizə görə danışıqlara gedir”
03 Yanvar 2018 Ermənistanda bayram ağır yükə çevrilib
01 Yanvar 2018 Elman Türkoğlu KXCP -yə geri döndü
31 Dekabr 2017 Ağsuda Mehriban Əliyevaya komanda formalaşdırılır? - Hacı Əbdül bölgələrdə...
29 Dekabr 2017 İlham Əliyev Kastro və Bəşirə məktub ünvanladı
28 Dekabr 2017 Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu –Departamentdən bəyanat
26 Dekabr 2017 Siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği artırıldı
25 Dekabr 2017 KXCP iran səfirliyinin qarşısında aksiya keçirəcək
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.