Xəbər lenti

memmedyarovcavusoglu.jpg
Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş olub.

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.

Nazirlər dövlət başçılarının qarşılıqlı səfərlərini, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrın 20-də İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını və bunun ardınca Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etmək üçün Bakıya səfərini xüsusi vurğulayıblar.

Görüşdə, hər iki ölkə prezidentinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələri təqdir edilib və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki ölkənin iştirakçısı olduğu Qərb-Şərq nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına və layihənin imkanlarından istifadə edəcək dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər hər iki ölkənin iştirakçısı olduğu “Asiyanın Qəlbi” - İstanbul Prosesinin və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransının əhəmiyyətini qeyd ediblər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verib.

Nazirlər, həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd ediblər və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələrimiz arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildiriblər.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Tofiq Zülfüqarov:“Rusiya tərəfindən işğalçı Ermənistana dəstək addımları atılır”
18 Yanvar 2018 Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
16 Yanvar 2018 Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi
15 Yanvar 2018 Azərbaycan prezidenti və Bolqarıstan baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
15 Yanvar 2018 Nəcməddin Sadıqov Brüsselə gedir
15 Yanvar 2018 Siyasi məhbus siyahısı yeniləndi...
13 Yanvar 2018 "Rəsulzadənin məzarının gətirilməsində problem yoxdur" - SİYAVUŞ NOVRUZOV
13 Yanvar 2018 “Amnistiya barədə dəqiq məlumat almışıq”
11 Yanvar 2018 “Azərkosmos” nazirlikdən alındı
10 Yanvar 2018 İlham Əliyev nazirləri topladı
09 Yanvar 2018 Ərdoğan Baxçalının “dəstəkləmə” qərarı ilə bağlı ilk dəfə danışdı
09 Yanvar 2018 ABŞ Suriyada kürd dövləti qurur: 7 ölkədən təminat
09 Yanvar 2018 Pens: “Kim Çen bizə görə danışıqlara gedir”
03 Yanvar 2018 Ermənistanda bayram ağır yükə çevrilib
01 Yanvar 2018 Elman Türkoğlu KXCP -yə geri döndü
31 Dekabr 2017 Ağsuda Mehriban Əliyevaya komanda formalaşdırılır? - Hacı Əbdül bölgələrdə...
29 Dekabr 2017 İlham Əliyev Kastro və Bəşirə məktub ünvanladı
28 Dekabr 2017 Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu –Departamentdən bəyanat
26 Dekabr 2017 Siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği artırıldı
25 Dekabr 2017 KXCP iran səfirliyinin qarşısında aksiya keçirəcək
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.