Xəbər lenti

erdoputin.jpg
Türkiyə Krım tatarı olan siyasətçilərini Rusiyanın əlindən xilas etmək üçün Moskvaya öz əlində olan 2 rus casusu təhvil verib.

 Bu iddia ilə “Habertürk” qəzeti çıxış edib.

Mətbuat Rusiyaya təhvil verilən casusların Aleksandr Smirnov və Luri Anisimov olduğunu bildirib. Məhkəmə onları 24 oktyabrda azadlığa buraxıb. Buna səbəb isə İstanbul prokurorluğu və Ədliyyə Nazirliyinin göndərdiyi məktub olub. Bundan sonra hər iki casus Rusiyaya ekstradisiya edilib.

2 rus casusun Rusiyaya verilməsindən 24 saat keçmədən Krım tatar siyasətçiləri Türkiyəyə verilib. Nəticədə Krım Tatar Məclisinin sədrinin müavinləri Əhməd Çiygöz və İlmi Ümerov Ankaraya gətirilib və buradan da Ukraynaya yola salınıblar.

Türkiyənin Rusiyaya verdiyi hər iki casus çeçen komandirlərinə qarşı sui-qəsdlərdə ittiham olunub. 2015-ci ilin noyabrında Smirnov və Anisimov çeçen komandiri Vahid Edelgiriyevin öldürülməsindən sonra keçən ilin aprelində türk kəşfiyyatının keçirdiyi “Kama” adlı əməliyyat nəticəsində ələ keçiblər. Aparılan istintaq nəticəsində 2000-2015-ci illər ərzində hər iki casusun Türkiyədə 7 çeçen liderə qarşı cinayətləri təşkil edən qrupda yer aldığı müəyyənləşib.

Qeyd edək ki, oktyabrın 25-də Rusiya Krım Tatar Məclisinin nümayəndələri Axtem Çiygöz və İlmi Umerovu Türkiyəyə təhvil vermişdi. Krım tatarlarının lideri Mustafa Cəmilov məhbusların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində azad edildiyini bildirmişdi.(axar.az)
Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Tofiq Zülfüqarov:“Rusiya tərəfindən işğalçı Ermənistana dəstək addımları atılır”
18 Yanvar 2018 Akif Nağı ağır zədəli dünya çempionu ilə bağlı prezidentə müraciət etdi
16 Yanvar 2018 Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi
15 Yanvar 2018 Azərbaycan prezidenti və Bolqarıstan baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
15 Yanvar 2018 Nəcməddin Sadıqov Brüsselə gedir
15 Yanvar 2018 Siyasi məhbus siyahısı yeniləndi...
13 Yanvar 2018 "Rəsulzadənin məzarının gətirilməsində problem yoxdur" - SİYAVUŞ NOVRUZOV
13 Yanvar 2018 “Amnistiya barədə dəqiq məlumat almışıq”
11 Yanvar 2018 “Azərkosmos” nazirlikdən alındı
10 Yanvar 2018 İlham Əliyev nazirləri topladı
09 Yanvar 2018 Ərdoğan Baxçalının “dəstəkləmə” qərarı ilə bağlı ilk dəfə danışdı
09 Yanvar 2018 ABŞ Suriyada kürd dövləti qurur: 7 ölkədən təminat
09 Yanvar 2018 Pens: “Kim Çen bizə görə danışıqlara gedir”
03 Yanvar 2018 Ermənistanda bayram ağır yükə çevrilib
01 Yanvar 2018 Elman Türkoğlu KXCP -yə geri döndü
31 Dekabr 2017 Ağsuda Mehriban Əliyevaya komanda formalaşdırılır? - Hacı Əbdül bölgələrdə...
29 Dekabr 2017 İlham Əliyev Kastro və Bəşirə məktub ünvanladı
28 Dekabr 2017 Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu –Departamentdən bəyanat
26 Dekabr 2017 Siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği artırıldı
25 Dekabr 2017 KXCP iran səfirliyinin qarşısında aksiya keçirəcək
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.