Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_elxansahinogluu.jpg
Mixail Zabelininin,  “Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır", cümləsi Azərbaycanın milli maraqlarına uyğun deyil.

Sozcu.az xəbər verir ki, bu sözləri "Atlas Araşdırmalar Mərkəzi"-nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Azərbaycandakı rus icmasının sədri Mixail Zabelin Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxışında belə bir cümlə işlədib: “Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır".

Bu cümlə Qarabağ məsələsində Rusiyanın dəstəyini almaq mahiyyəti daşısa da, qüsurluddur və Azərbaycan nə siyasətinə, nə də milli maraqlarına uyğundur. Birincisi, ona qalsa Krım heç tarixi rus torpağı da deyil, qədim türk torpağıdır,yerli tatarlara məxsusdur, Rusiya bir neçə yüz il əvvəl yarımadanı işğal edib, SSRİ illərində isə Ukraynaya verilib və bütün dünya da bunu belə qəbul edib. İkincisi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımı Rusiyanın deyil, Ukraynanın ərazisi sayır. Üçüncüsü, Azərbaycan öz əzəli torpaqlarını geri qaytarmaq istəyir və beynəlxalq aləm bizim bu haqqımızın əleyhinə deyil, Rusiya isə qonşusunun tanınan torpaqlarına müdaxilə edib və beynəlxalq aləm bu müdaxiləni beynəlxalq hüquqa zidd sayır. Rusiyanın Krım ələ keçirməsiylə Azərbaycanın öz torpaqlarını geri qaytarması arasında bu qədər fərq varkən ikisi arasında paralellər aparmaq doğru deyil".

Elşən Əlisoy 

Bölmənin digər xəbərləri

14 Dekabr 2017 Müsavat başqanının müavini vəzifəsindən istefa verib
13 Dekabr 2017 Nalbandyan:"Türkiyə ilə imzalanmış protokolları ləğv edəcəyik"
13 Dekabr 2017 Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırdı və İsraili "terrorçu"adlandırdı- İƏT-in sammitində
11 Dekabr 2017 İlham Əliyev rus deputatları qəbul etdi
10 Dekabr 2017 Ərəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edib
09 Dekabr 2017 QAT Ağsuda tədbir keçirdi -FOTOLAR
08 Dekabr 2017 İlham Əliyev Sudan səfiri ilə görüşdü
06 Dekabr 2017 Müsəlmanlar təcili İstanbula toplaşır – Qüds müzakirəsi
06 Dekabr 2017 ABŞ-dan Kiyevə Saakaşvili çağrışı
04 Dekabr 2017 Azərbaycan və Türkiyə arasında mühüm iclas - Hərbi dialoq
03 Dekabr 2017 Daha bir icra başçısı vəzifədən getdi
01 Dekabr 2017 “Rus NATO-su” İrəvanın Qarabağ bəyanatını qəbul etdi – Mətn
01 Dekabr 2017 "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır" -İlham Əliyev
30 Noyabr 2017 İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
30 Noyabr 2017 Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu görüşdü –Bakıda
29 Noyabr 2017 Ərdoğan-Putin razılaşması: casuslar Moskvaya verildi
28 Noyabr 2017 “Polad Bülbüloğlu da savaş ritorikasını artırmalıdır” –Politoloqdan Droxinin geri çağırılmasına şərh
28 Noyabr 2017 Bakı Rusiyanın yeni səfirini qəbul etmədi - Ermənipərəst...
26 Noyabr 2017 Kürdlər Suriya üzrə danışıqlardan kənarlaşdırıldı –Cenevrəyə dəvət olunmadılar
24 Noyabr 2017 Tramp bu gün Ərdoğana zəng vuracaq:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.