Xəbər lenti

erdogannsa.jpgQarabağ problemini yalnız Rusiya həll edə bilər, buna görə Soçidə Vladimir Putinlə bugünki görüşdə bu məsələ yenidən qaldırılacaq.

Contact.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə prezidenti Erdoğan özü Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündən əvvəl jurnalistlərə bildirib.

“Bundan əvvəl artıq Putinlə Qarabağ məsələsini müzakirə etmişəm və o bildirib ki, Rusiya problemin həlli üçün əlindən gələni edir. Mən Rusiya prezidentini beş rayonun qaytarılması məsələsində daha diqqətli olmağa çağırdım, çünki bunu yalnız Rusiya edə bilər”, deyən Erdoğan əlavə edib ki, bu mövzunu yenidən qaldıracaq, belə ki, Qarabağ münaqişəsi Türkiyə üçün milli məsələdir.

Qeyd edək ki, söhbət erməni qüvvələri tərəfindən 1993-94-cü illərdə işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı beş rayondan gedir.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.