Xəbər lenti

ilhameliyevbua.jpg
Dövlət başçısı  İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubu yollayıb.

Sozcu.az-ın  xəbərinə görə, məktubu baş nazirin müavini Əli Əhmədov oxuyub.

Məktubda deyilir: “Hörmətli Forum iştirakçıları, əziz uşaqlar! Sizi Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə can sağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram. Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim qayğı xüsusi göstərilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradılıb.

Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsilə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq, mənən zəngin formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsipləridir.

Uğurla icra olunan çox saylı sosial yönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə konstitusiyasında, qanunvericilik və normativ hüquqi – aktlarla tənzimlənir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu uşaqları beynəlxalq səviyyədə tətbiq olunmuş əsas hüquq və azadlıqlarını Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə əsrə və yeni min illiyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin illərlə daha güclü, daha qüvvətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatı deməkdir. Azərbaycan sürətli inkişaf yolundadır. İndiki nəsil qüdrətli Azərbaycanı sizə etibar edəcək. Qətiyyətlə deyə bilərəm ki, siz istedadınızı və yaradıcılıq potensialınızı üzə çıxarmağınız üçün geniş imkanlara maliksiniz. Dövlətimiz Azərbaycan – Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud sürətdə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər edib. Əminəm ki, düşmən təxribatına qurban olmuş məsum övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq. Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcək”.

Bölmənin digər xəbərləri

19 Fevral 2018 "Hakimiyyətin namizədi İlham Əliyev, müxalifətin əsas namizədi özüməm" - Hafiz Hacıyev
19 Fevral 2018 İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib
19 Fevral 2018 ATƏT seçkiqabağı vəziyyəti öyrənmək üçün Bakıya missiya göndərir
19 Fevral 2018 Türkiyədən ərəb liderə sərt reaksiya: Sizin sisteminiz budur
15 Fevral 2018 "Burda Rusiyanın da böyük günahı var..." - Şərh
15 Fevral 2018 Sərkisyanın son cəhdləri – Terrorçulara məktub
15 Fevral 2018 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
14 Fevral 2018 İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi
13 Fevral 2018 KXCP-nin Ali Məclisi prezident seçkiləri ilə bağlı toplanır
11 Fevral 2018 Saakaşvili Polşaya deportasiya edilir
10 Fevral 2018 "Xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq" - ƏLİ ƏHMƏDOV
10 Fevral 2018 Ümid Partiyası da prezident seçkilərini baykot etdi
10 Fevral 2018 Əli Əliyev İrana səfərə gedib
09 Fevral 2018 Ərdoğan: Bu, isinmə hərəkətidir, əsl hücumu görəcəksiniz
05 Fevral 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi
05 Fevral 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran
01 Fevral 2018 Borçalı Cəmiyyəti unikal anım mərasimi keçirdi FOTOLAR
01 Fevral 2018 Parlamentin yaz sessiyasının ilk iclası başladı
31 Yanvar 2018 Bayram Səfərov prezidentin müşavirəsində YATDI – Foto
31 Yanvar 2018 Məmmədyarov Türkmənistana getdi
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.