Xəbər lenti

qenireps.jpgMillət vəkili Qənirə Paşayeva Pekində keçirilən IV Ümumdünya Qadın Konfransının baş katibi və Pan-Afrika Parlamentinin birinci prezidenti Gertrude Mongella və onun rəhbərlik etdiyi heyətlə görüşüb.

Sozcu.az xəbər verir ki, millət vəkili Azərbaycanın bütün istiqamətlərdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Müzakirələr zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Q.Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması, Azərbaycana məxsus tarixi-mədəni, dini abidə və qəbiristanlıqların ermənilər tərəfindən məhv edilməsi ilə bağlı da məlumat verib.
/axar.az/

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.