Xəbər lenti

bakiicraha.jpg
Qanunvericiliyə dəyişikliklərə etiraz olaraq Bakıda mitinq keçirəcəklərini deyən hüquqşünaslar bu addımı atmaqda israrlıdır. Bu haqda AzadlıqRadiosuna mitinq keçirmək istəyən Praktik Hüquqşünaslar Qrupunun (PHQ) üzvlərindən Samirə Ağayeva bildirib.

PHN-nin İşçi Qrupu noyabrın 18-də paytaxtın Yasamal rayonundakı «Məhsul» stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. S.Ağayeva deyir ki, hələ də məktublarına cavab gəlməyib.

«Cavab üçün dəfələrlə zəng eləsək də, nəticə yoxdur. Amma biz hüquqşünaslar olaraq, 18 noyabrda mitinq keçirməkdə israrlıyıq. Bu, təkcə bizim problemimiz deyil, daha çox vətəndaşların problemidir. Çünki bizi fəaliyyətdən kənar qoymaqla, onları da müdafiəsiz qoydular», – S.Ağayeva belə deyir.

TÖVSİYƏ

PHQ-nin başqa bir üzvü Xalid Bağırov da mitinq keçirməkdə israrlı olduqlarını söyləyir:

«Bu məsələ hər bir vətəndaşın problemidir».

PHB ilə yanaşı, fərdi şəkildə bir neçə hüquqşünas da nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılmasına etiraz olaraq, piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Həmin hüquqşünaslara Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovdan cavab məktubu gəlib. Ramazanov yazır ki, piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

«Müraciətdə qaldırdığınız məsələ ilə bağlı piket keçirmək deyil, aidiyyəti orqanlara müraciət etməyiniz, həmin məsələyə sivil qaydada baxılması daha faydalı olardı», – Ramazanov piket üçün müraciət edən hüquqşünaslara tövsiyə verib.

Piket keçirmək istəyən hüquqşünaslardan Camal Bağırzadə Bakı Şəhər İcra Hakimiyyətinin bu cavabını absurd sayır. Bildirir ki, piketə icazə verilməməsinə görə məhkəməyə müraciət olunacaq:

«Guya ağıl öyrədirlər ki, piket keçirmək əvəzinə məsələni sivil yolla həll edək».

XATIRLATMA

PHQ bu ilin oktyabrında yaradılıb.

Parlament oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib, Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə PHQ hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının 936 üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Tramp bu gün Ərdoğana zəng vuracaq:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi”
23 Noyabr 2017 "Mixail Zabelinin Qarabağla Krımı müqyisə etməsi qüsurludur" - Elxan Şahinoğlu
23 Noyabr 2017 Yalçın İmanova beynəlxalq dəstək
22 Noyabr 2017 "Rusiya prezidentini beş rayonun qaytarılmasında diqqətli olmağa çağırdım" - Ərdoğan
22 Noyabr 2017 Hüquq müdafiəçiləri vəkillərə və saytlara təzyiqlərlə bağlı bəyanat verib
21 Noyabr 2017 Bəşər Əsəd Soçidə,Putin önəmli mesajlar verdi
20 Noyabr 2017 TBMM-nin sədri postuna seçki:İsmayıl Kahraman yenidən məclis sədri oldu
20 Noyabr 2017 Bu qan yerdə qalmayacaq – İlham Əliyev
20 Noyabr 2017 Prezident Lavrovu qəbul edib
20 Noyabr 2017 Türkiyə parlamenti yeni sədrini seçəcək
18 Noyabr 2017 ABŞ dövlət katibi Reks Tillerson Səudiyyə kralı Salmanla görüş zamanı
18 Noyabr 2017 "Elçibəyin varidatı ilə İlham Əliyev öz varidatını qoysun tərəziyə..." - AXCP sədrindən cavab - VİDEO
17 Noyabr 2017 Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar
16 Noyabr 2017 İlham Əliyev Xırdalana getdi
16 Noyabr 2017 Qənirə Paşayeva Mongella ilə görüşdü
15 Noyabr 2017 Gürcüstanda azərbaycanlı mer Temur Abazov işinə başladı
14 Noyabr 2017 Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE
14 Noyabr 2017 Dövlət komissiyasının tərkibində dəyişiklik edib - Sərəncam
14 Noyabr 2017 Putinlə Ərdoğanın açıqlanmayan məxfi müzakirəsi - Peskov
13 Noyabr 2017 Ərdoğan Rusiyaya gedir: Qarabağ müzakirədə...
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.