Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_gurcum.jpg
Marneuli Munisipalitetinin yeni seçilmiş meri, Temur Abazov bu gündən vəzifə səlahiyyətlərini yerinə yetirməyə başladı

Sozcu.az xəbər verir ki, yeni mer ilk iş gününü Özünüidarətmənin əməkdaşları ilə görüşlə başladı. Görüş iştirakçılarına gələcək planlarından söz açaraq onlara uğurlar arzuladı.Mer ilə görüşdə Parlamentin Deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və Sakrebulonun üzvü Amiran Qiorqadze də iştirak edirdilər.

“Hesab edirəm ki, hər bir peşəkar və həvəsli əməkdaş Meriyanın uğurla fəaliyyət göstərməsinin əhəmiyyətli faktorudur. Buda son nəticədə Munisipalitetin inkişafında özünü büruzə verir. Bizim fəal iş  rejimimiz olacaq ki birlikdə seçkiqabağı verilən sözlərə əməl edək.

Əhalinin problemlərini həll edək, Marneulini indikindən daha cəlb edici və uğurlu edək. Biz bir dəstəyik və mən inanıram ki, xalq və ölkə üçün  birgə qüvvəmiz ilə bir çox xeyirli işlər görəcəyik”-deyə Temur Abazov görüşdə bildirdi.

Əməkdaşlar ilə görüşdən sonra Temur Abazov Meriyanın binasını gözdən keçirdi və vətəndaşlarıda qəbul etdi.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.