Xəbər lenti

gunduzzzz.jpg
Gündüz Kərimov Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib.

Sozcu.az yenicag.az-a istinadən xəbər verir ki, Gündüz Kərimov "Baker McKenzie” şirkətinin Bakı ofisinin və Birləşmiş Ərəb Əmirliklərinin Əqli Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb. O, həmçinin Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvüdür. Şirkətə 2002-ci ildə qoşulmadan əvvəl Kərimov Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində çalışıb. 2000-ci ildən etibarən Bakı Dövlət Universitetində kommersiya hüququ və beynəlxalq intellektual mülkiyyət kursları öyrədib. 2011-2014-cü illərdə Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb. Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

Həmçinin Gündüz Kərimov 2013-cü il mart ayında Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şöbəsinin üzvü seçilib.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.