Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_erdoput2.jpg
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən Soçi görüşündə açıqlaması verilməyəcək mürəkkəb məsələlər barədə danışılıb.

 Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin “Putinlə Ərdoğan Suriyadan Rusiya və ABŞ ordularının çıxarılmasını müzakirə ediblərmi?” sualını cavablandırarkən deyib.

“İkitərəfli danışıqlarda daha mürəkkəb məsələlər müzakirə olunub. Lakin bu barədə açıqlama verilməyəcək”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan görüş öncəsi Rusiya Prezidenti Putinlə Dağlıq Qarabağ problemini müzakirə edəcəyini bildirsə də, görüşdən sonra mətbuat konfransında tərəflər müzakirə edilən məsələlər sırasında bu mövzuda heç bir açıqlama vermədilər.(axar.az)
Sozcu.az

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.