Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_trampputinraz.jpg
Vyetnamda keçirilən 25-ci Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində Rusiya və ABŞ prezidentləri Suriya ilə bağlı birgə bəyanatı təsdiq ediblər.

Axar.az xəbər verir ki, Kreml sözcüsü Dmitri Peskov prezidentlərin şəkil çəkdirməzdən əvvəl Suriya mövzusunda qısa söhbət apardığını açıqlayıb.

Sənədi Rusiya və ABŞ ekspertləri birgə hazırlayıblar və daha sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson tərəfindən yekun razılıq əldə olunub.

Suriyadakı vəziyyətlə bağlı birgə bəyanat xüsusi olaraq ölkə başçılarının görüşü üçün hazırlanıb.

Qeyd edək ki, bir qədər əvvəl Trampla Putinin görüşündə əsas gündəm maddələrindən birinin Suriya məsələsi olduğu bildirilmişdi.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.