Xəbər lenti

ilhamelu.jpg
Dövlət başçısı  İlham Əliyevin Nazirlər Kabinetinin geniş müşavirəsində icra başçılarına verdiyi konkret müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb; oliqarxlar da özlərinə yaxın icra başçılarına “qoruna bilməyəcəkləri” barədə xəbərdarlıq edib

İki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu. Xüsusilə büdcəni rayonlara ayrılan dotasıyadan və “yeyintilərindən” azad etmək üçün kənardan investisiya cəlb edilməsinə xüsusi diqqət ayrıldı. Ötən müddətdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır.

Prezident İlham Əliyev bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışaraq icra başçıları qarşısında konkret müddət qoydu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: “Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Hələ bu müşavirədən əvvəl “Yeni Müsavat” yazmışdı ki, iki-üç rayon istisna olmaqla, əksər icra başçıları prezidentin bölgələrə investisiya cəlb edilməsi ilə bağlı tapşırığı yerinə yetirə bilməyib. Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar. Əksər icra başçıları isə ənənəvi “kabinet siyasətindən” əl çəkməyiblər. İddialara görə, ötən müddət ərzində də bu sahədə xüsusi irəliləyiş nəzərə çarpmayıb.

Bildirilirdi ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş yoxdur .

Yayılan məlumatlara görə, pambıq yığımı başa çatar-çatmaz hakimiyyətin bəzi icra başçıları ilə yollarının ayrılacağı gözlənilir.

Pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatda da “başı üzərində qara buludlar” olan icra başçılarının olduğu təsdiqlənib (statistika ilə bu lingə tanış olmaq olar https://az.trend.az/business/2679263.html ttps://az.trend.az/business/2679263.html). Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, Füzuli kimi rayonlar pambıq yığımında ən aşağı məhsuldarlıq alıb. O cümlədən Ucar, Sabirabad, Zərdab (sonuncu yerdədir) və Yevlax kimi pambıqçılıq rayonları bu yarışdan xeyli kənarda qalıb.

Sabirabadın və Kürdəmirin icra başçılarının vəziyyətini ağırlaşdıran başqa səbəblər də var. Belə ki, Sabirabadın icra başçısı Nazim İsmayılov ləğv edilmiş MTN-in istintaq idarəsinin rəisi işləmiş Mövlan Şıxəliyevin, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov isə ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumudur. Hər iki icra başçısının bu qohumlarının sayəsində vəzifə karyerası qurmaları da sirr deyil. İndi isə onların “krişa”ları müxtəlif cinayətlərdə ittiham olunub.

Məlumata görə, adıçəkilən icra başçıları ilə yanaşı, sabiq nazir Ziya Məmmədovun qohumlarının da vəziyyətləri ürəkaçan deyil. Ona görə Ucar (Mənsur Məmmədov) və Zərdabın (Lütvəli Babayev) icra başçıları da postları ilə vidalaşmalı olacaqlar.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir. Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq. İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək. O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına “qoruna bilməyəcəyəkləri” barədə xəbərdarlıq edib. İcra başçıları üçün kritik ay başlayıb. Dekabrın 15-nə isə sayılı günlər qalır...

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Tramp bu gün Ərdoğana zəng vuracaq:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi”
23 Noyabr 2017 "Mixail Zabelinin Qarabağla Krımı müqyisə etməsi qüsurludur" - Elxan Şahinoğlu
23 Noyabr 2017 Yalçın İmanova beynəlxalq dəstək
22 Noyabr 2017 "Rusiya prezidentini beş rayonun qaytarılmasında diqqətli olmağa çağırdım" - Ərdoğan
22 Noyabr 2017 Hüquq müdafiəçiləri vəkillərə və saytlara təzyiqlərlə bağlı bəyanat verib
21 Noyabr 2017 Bəşər Əsəd Soçidə,Putin önəmli mesajlar verdi
20 Noyabr 2017 TBMM-nin sədri postuna seçki:İsmayıl Kahraman yenidən məclis sədri oldu
20 Noyabr 2017 Bu qan yerdə qalmayacaq – İlham Əliyev
20 Noyabr 2017 Prezident Lavrovu qəbul edib
20 Noyabr 2017 Türkiyə parlamenti yeni sədrini seçəcək
18 Noyabr 2017 ABŞ dövlət katibi Reks Tillerson Səudiyyə kralı Salmanla görüş zamanı
18 Noyabr 2017 "Elçibəyin varidatı ilə İlham Əliyev öz varidatını qoysun tərəziyə..." - AXCP sədrindən cavab - VİDEO
17 Noyabr 2017 Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar
16 Noyabr 2017 İlham Əliyev Xırdalana getdi
16 Noyabr 2017 Qənirə Paşayeva Mongella ilə görüşdü
15 Noyabr 2017 BŞİH-dən hüquqşünaslara tövsiyə
15 Noyabr 2017 Gürcüstanda azərbaycanlı mer Temur Abazov işinə başladı
14 Noyabr 2017 Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE
14 Noyabr 2017 Dövlət komissiyasının tərkibində dəyişiklik edib - Sərəncam
14 Noyabr 2017 Putinlə Ərdoğanın açıqlanmayan məxfi müzakirəsi - Peskov
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.