Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_lavrov.jpg
Lavrov həmişəkindən fərqli olaraq Azərbaycanı bu dəfə müsbət mənada bir neçə dəfə xatırlayıb.

 Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin ölkəmizlə bağlı çıxışını şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi rusiyalı diplomatın fikirlərində bəzi məqamlara diqqət çəkib:

“Lavrov deyib ki, Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində “Lotos” xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər. Lavrov bununla demək istəyib ki, Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqu geniş ticarət-iqtisadi əlaqələrə əsaslanır. Bəli, rəsmi Bakı Lavrovun da qeyd etdiyi Rusiyanın iki bölgəsində - Stavropol və Həştərxanda xüsusi layihələr icra edir, investisiyalar yatırır, tikinti işləri aparır. Rusiyanın başqa bölgələri də Azərbaycanın onlara yatırım qoymasını arzulayırlar, hətta bu məqsədlə Dağıstan və Çeçenistan rəhbərləri bir neçə dəfə Bakıya təşrif buyurmuşdular. Ancaq rəsmi Bakı əməkdaşlıq üçün Rusiyanın nisbətən sakit və stabil bölgələrini seçib və bununla da hələlik kifayətlənib”.

Politoloq qeyd edib ki, rəsmi Bakının Rusiyanın bölgələriylə əməkdaşlıq etməkdə siyasi məqsədi də var:

“Bakının ümidi Kremlin bu əməkdaşlığın Rusiyanın bölgələri üçün faydalı olduğunu görməsi və bunun fonunda Ermənistanla münasibətlərinə göz gəzdirməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ədalətli yanaşmasıdır. Təəssüf ki, Rusiyanın bölgələrinə edilən yatırımlar Kremin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyib. Rusiya əvvəlkitək Ermənistanı silahlandırmaqla məşğuldur”.

E.Şahinoğlu Lavrovun “Rusiyanın qeyri-kommersiya təşkilatları MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməlidir” fikirlərinə də münasibət bildirib:

“Bu o deməkdir ki, Rusiya ABŞ və Avropanın qeyri-kommersiya təşkilatlarının Azərbaycanda boşalan yerlərini doldurmaq istəyir. Lavrov da bunu heç gizlətməyib. Beləliklə, Kreml Azərbaycan kimi ölkələrdə Rusiyanın qeyri-kommersiya strukturlarının filiallarının mövcudluğunu genişləndirmək istəyir. Yəni əgər əvvəllər Azərbaycandakı QHT-lərə Qərbin müxtəlif fondları dəstək verirdilərsə, indi bu işi Rusiya görmək istəyir. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də necə ki, Azərbaycanda Qərb fondlarının fəaliyyətlərinə son qoyuldu, eləcə də Lavrovun yeni ideyasının Azərbaycanda gerçəkləşməsinə icazə vermək olmaz”.

Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiyanın qeyri-kommersiya təşkilatlarının MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməli oldğunu açıqlayıb. “Qeyri-kommersiya təşkilatlarının xətti ilə qonşu ölkələrlə, MDB və Avrasiya İqtisadi Birliyi dövlətləri ilə daha fəal işləməyi vacib hesab edirəm. Məlumdur ki, vətəndaş cəmiyyəti xətti ilə dialoq əlaqələrimizin möhkəmlənməsi baxımından vacib məsələdir”, - S.Lavrov qeyd edib.
Sozcu.az

Bölmənin digər xəbərləri

24 Noyabr 2017 Tramp bu gün Ərdoğana zəng vuracaq:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi”
23 Noyabr 2017 "Mixail Zabelinin Qarabağla Krımı müqyisə etməsi qüsurludur" - Elxan Şahinoğlu
23 Noyabr 2017 Yalçın İmanova beynəlxalq dəstək
22 Noyabr 2017 "Rusiya prezidentini beş rayonun qaytarılmasında diqqətli olmağa çağırdım" - Ərdoğan
22 Noyabr 2017 Hüquq müdafiəçiləri vəkillərə və saytlara təzyiqlərlə bağlı bəyanat verib
21 Noyabr 2017 Bəşər Əsəd Soçidə,Putin önəmli mesajlar verdi
20 Noyabr 2017 TBMM-nin sədri postuna seçki:İsmayıl Kahraman yenidən məclis sədri oldu
20 Noyabr 2017 Bu qan yerdə qalmayacaq – İlham Əliyev
20 Noyabr 2017 Prezident Lavrovu qəbul edib
20 Noyabr 2017 Türkiyə parlamenti yeni sədrini seçəcək
18 Noyabr 2017 ABŞ dövlət katibi Reks Tillerson Səudiyyə kralı Salmanla görüş zamanı
18 Noyabr 2017 "Elçibəyin varidatı ilə İlham Əliyev öz varidatını qoysun tərəziyə..." - AXCP sədrindən cavab - VİDEO
17 Noyabr 2017 Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar
16 Noyabr 2017 İlham Əliyev Xırdalana getdi
16 Noyabr 2017 Qənirə Paşayeva Mongella ilə görüşdü
15 Noyabr 2017 BŞİH-dən hüquqşünaslara tövsiyə
15 Noyabr 2017 Gürcüstanda azərbaycanlı mer Temur Abazov işinə başladı
14 Noyabr 2017 Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE
14 Noyabr 2017 Dövlət komissiyasının tərkibində dəyişiklik edib - Sərəncam
14 Noyabr 2017 Putinlə Ərdoğanın açıqlanmayan məxfi müzakirəsi - Peskov
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.