Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rufetsegfe.jpgBu gün (dünən) Rüfət Səfərovu Müdafiə Komitəsinin toplantısı keçirilib. Toplantıda son günlər baş verən hadisələr müzakirə olunub və Rüfət Səfərovun qarşılaşdığı zorakılıq əməllərinə görə bəyanat qəbul olunub.

Bəyanatda deyilir:


“Rüfət Səfərovu Müdafiə Komitəsi olaraq son günlər siyasi məhbusların Penitensiar Xidmətdə baş verən zorakılıq və özbaşınalıq halları ilə qarşı-qarşıya gəldikləri haqqında xəbərlər alırıq. Belə hallardan dərin narahatçılıq hissi keçiririk. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbs olunmasından 18 gün sonra onun azadlığa buraxılması, ardınca AXCP sədrinin köməkçisi Faiq Əmirlinin şərti olaraq azadlığa çıxması bizdə və cəmiyyətdə kiçicik ümidlər yaratsa da, dərhal jurnalist Elçin İsmayıllının 9 il ağır cəzaya məhkum edilməsi, jurnalist Fikrət Fərəməzoğlunun 7 illik cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiq olunması bizim və cəmiyyətin ümidlərini puça çıxarıb. Məlum olub ki, hakimiyyət etdiyi “humanistliyi” də kənardan baş verən təzyiqlərin nəticəsində edib. Açıqca görünür ki, bacara bilmədiklərini azadlığa buraxan hakimiyyət, bacardıqlarını içəridə saxlamaq bir yana, onlara mümkün olduğu qədər işgəncə verməkdə qərarlıdır.

Ard-arda Penitensiar Xidmətdən sarsıdıcı xəbərlər gəlir. Hüquqlarını müdafiə etdiyimiz siyasi məhbus Rüfət Səfərovun başının üstünü yenə qara buludlar alıb. Hakimiyyət orqanları şəxsi qisas hissi ilə ona daha amansız münasibət bəsləyirlər. 9 saylı CÇM-ə gəldiyi gündən indiyə qədər artıq 3-cü dəfədir ki, onu karsla “mükafatlandırırlar”. Hər bir məhkumun ləyaqətlə cəza çəkmək hüququ olsa da, bu hüquq Rüfət Səfərova şamil olunmur. Müəssisə rəhbərliyi onu xüsusi adamları tərəfindən izlətdirir, hər addımını nəzarətdə saxlatdırır, ona ayrı-seçkilik olunur və onu ciddi psixoloji təzyiqlər altında saxlamağa çalışır. İş o həddə çatıb ki, bu ilin 22 sentyabr tarixindən Rüfəti 10 günlük karsa salıblar və bundan sonra daha da vəziyyətini gərginləşdiriblər.

Rüfət Səfərovu Müdafiə Komitəsi olaraq, son günlər Rüfət Səfərovun ətrafında yaşanan olaylar bizi narahat edir. Rüfəti 10 günlük karsa salmaqları ilə yekunlaşmayan müəssisə rəhbərliyinin, onunla “xlebnik” (birlikdə yemək yediyi məhkumlar) olan bəzi məhkumlardan onun əleyhinə “ifadələr” aldığı məlum olub. Bu, çox pis əlamətdir. Belə ki, Rüfət Səfərovun birlikdə yemək yediyi məhkumlardan onun əleyhinə ifadələr almaq, Rüfətə məkrli planlar qurulduğu qənaətini oyandırır bizlərdə. Son günlər Qobustan qapalı həbsxanasında cəza çəkən Abbas Hüseyn kimi məhkumların amansız işgəncədən sonra “tubzon”a - dustaqlar arasında “ölüm zonu” kimi tanınan müəssisəyə köçürülməsi, bizdə o qənaəti yaradır ki, bu tale Rüfət Səfərovu da gözləyir. Bu haqda Rüfət Səfərovu Müdafiə Komitəsinə təkzibolunmaz informasiyalar axını da gəlməkdədir. Penitensiar Xidmət və 9 saylı CÇM-in rəhbərliyi Rüfət Səfərovu ya “tubzon”a, ya da Qobustan türməsinə göndərmək istəyir. Bu isə Rüfətin həyatı bahasına başa gələ bilər. Çünki onun “tubzon”a göndərilməsi üçün heç bir əsas yoxdur. Rüfət Səfərovun vərəm xəstəliyi ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur, bunu ciddi-ciddi bəyan edirik.

Rüfət Səfərovu Müdafiə Komitəsi baş verən olaylardan çox narahatdır. Biz hakimiyyət orqanlarını xəbərdar edirik ki, Rüfət Səfərovun başından əskik olan bir tükün belə hesabı onun boynundadır. Biz Rüfət Səfərova qarşı tətbiq olunan diskriminasiyanın, insan ləyaqətini alçaldan aşağılayıcı rəftarın dərhal dayandırılmasını, Penitensiar Xidmətin və 9 saylı CÇM rəhbərliyinin baş verənlər haqqında doyurucu məlumat-izahat verməsini tələb edirik. Əks təqdirdə, Beynəlxalq İnsan Hüquqları Komitələrinə, Avropa Şurasına, Avropa Birliyinə müraciət etmə, kütləvi aksiyalara başlama hüquqlarını özümüzdə saxlayırıq. Məsuliyyətin birbaşa Azərbaycan hakimiyyətinin boynuna düşdüyünü bir daha vurğulayır, Rüfət Səfərovun azadlığa buraxılmasını tələb edirik. Biz,Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi olaraq, siyasi sifariş yerinə yetirən hüquq mühafizə orqanlarını,xüsusən də,cəzaçəkmə müəssisələrində qanunların dürüst icrasına nəzarət etməyə borclu olan Baş Prokurorluğu, Ədliyyə Nazirliyini Rüfət Səfərova qarşı təzyiqlərə son qoymağa, mövcud qanunlara vicdanla riayət etməyə çağırırıq.”

İmza:

Eldaniz Quliyev – Müdafiə Komitəsinin sədri, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, kinodramaturq
Behruz Bayramov – hüquqşünas
Vidadi Mirkamal – hüquqşünas, ədliyyə generalı
Matlab Mutallimli – hüquqşünas
Namizəd Səfərov – hüquqşünas
Əfqan Məmmədov – hüquqşünas
Müzəffər Baxışov – hüquqşünas
Yalçın İmanov – hüquqşünas
Qurban Məmmədov – hüquqşünas
Asabali Mustafayev – hüquqşünas
Ataxan Abilov – hüquqşünas
Osman Kazimov – hüquqşünas
Oktay Gülalıyev – hüquq müdafiəçisi
Parviz Hashimli – Siyasi və Mülki hüquqlar Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu
Shahveled Chobanoglu – jurnalist
Tezexan Mirelemli – jurnalist
Evez Zeynalli – jurnalist, keçmiş vicdan məhbusu
Surxay Bilaloğli – jurnalist
Zümrüd Yağmur – yazıçı
Rüstəm Behrudi –şair
Məmməd İsmayıl – şair
Saadet Cahangiri – şairə, jurnalist
Azad Mursaliyev – ictimai xadim
Əbülfət Novruz – şair
Yeganə Əmiraslanova - ictimai xadim
Seyran Rəfiyev - ictimai xadim
Əmirağa İsmiyev -mühəndis, ictimai xadim
Aynur İmran - jurnalist

Sozcu.az

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Nalbandyan:"Türkiyə ilə imzalanmış protokolları ləğv edəcəyik"
13 Dekabr 2017 Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırdı və İsraili "terrorçu"adlandırdı- İƏT-in sammitində
11 Dekabr 2017 İlham Əliyev rus deputatları qəbul etdi
10 Dekabr 2017 Ərəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edib
09 Dekabr 2017 QAT Ağsuda tədbir keçirdi -FOTOLAR
08 Dekabr 2017 İlham Əliyev Sudan səfiri ilə görüşdü
06 Dekabr 2017 Müsəlmanlar təcili İstanbula toplaşır – Qüds müzakirəsi
06 Dekabr 2017 ABŞ-dan Kiyevə Saakaşvili çağrışı
04 Dekabr 2017 Azərbaycan və Türkiyə arasında mühüm iclas - Hərbi dialoq
03 Dekabr 2017 Daha bir icra başçısı vəzifədən getdi
01 Dekabr 2017 “Rus NATO-su” İrəvanın Qarabağ bəyanatını qəbul etdi – Mətn
01 Dekabr 2017 "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır" -İlham Əliyev
30 Noyabr 2017 İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
30 Noyabr 2017 Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu görüşdü –Bakıda
29 Noyabr 2017 Ərdoğan-Putin razılaşması: casuslar Moskvaya verildi
28 Noyabr 2017 “Polad Bülbüloğlu da savaş ritorikasını artırmalıdır” –Politoloqdan Droxinin geri çağırılmasına şərh
28 Noyabr 2017 Bakı Rusiyanın yeni səfirini qəbul etmədi - Ermənipərəst...
26 Noyabr 2017 Kürdlər Suriya üzrə danışıqlardan kənarlaşdırıldı –Cenevrəyə dəvət olunmadılar
24 Noyabr 2017 Tramp bu gün Ərdoğana zəng vuracaq:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi”
23 Noyabr 2017 "Mixail Zabelinin Qarabağla Krımı müqyisə etməsi qüsurludur" - Elxan Şahinoğlu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.