Xəbər lenti

eliomerov.jpgƏli Ömərov yazdığı istefa ərizəsinin surətini də mediaya yayıb.

Əli Ömərovun istefa verməsi və qeyd etdikləri ilə bağlı Siyavuş Novruzov “Yeni Müsavat”a bildirib ki, bu tip məsələlərlə partiyanın rayon təşkilatları məşğul olur, Əli Ömərovun istefa verib-verməməsi ilə bağlı məlumatı yoxdur.

Qeyd edək ki, Əli Ömərov 2013-cü ildə siyasi səhnədə aktivləşmişdi. Həmin vaxtlar onun müxalifət mövqeyində Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərlə, Rüstəm İbrahimbəyovun yaratdığı Ziyalılar Forumu ilə yaxınlaşdığı müşahidə edilirdi. O zamankı müsahibələrində də sabiq baş prokurorun müxalif mövqeyə meylləndiyi açıq görünürdü. Seçkiöncəsi Əli Ömərov onu ölümlə təhdid edənlərin olduğunu bəyan etmiş və hüquq-mühafizə orqanlarına təhlükəsizliyinin qorunması üçün müraciətlər ünvanlamışdı. Lakin 2103-cü il prezident seçkilərində sözügedən siyasi qüvvələr məğlubiyyətə uğradıqdan və hakimiyyətlə düşmən vəziyyətinə gəldikdən sonra Əli Ömərov onlardan uzaqlaşmağa başladı və nəhayət, 2014-cü ildə YAP-a üzvlük üçün müraciət etdi. Onun müraciətinə qısa müddətdə müsbət cavab verilmişdi.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.