Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_medens345.jpgMədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının iclası keçirilib.

İclasda aşağıdakı qərarlar qəbul olunub;
1. Koalisiya Şurası üzvləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə keçiriləcək tədbirlər MSŞT prinsiplərinə uyğun təşkil edilmədiyi üçün həmin prosesləri müşahidə etməkdən və bu statusda proseslərə qatılmaqdan imtina edir.
2.  Koalisiya Şurası XİX Ümumi  Yığıncağın  Şuranın tərkibinin komplektləşdirilməsi üçün ona verdiyi səlahiyyət və Mədən Sənayesində Şəffaflığın Artırılması Kоаlisiyаsı hаqqındа Əsasnamənin 5.10-cu maddəsi  (Şura üzvü üzürsüz səbəbdən аrdıcıl olaraq Şuranın 3 iclаsındа iştirаk еtmədikdə, ümumiyyətlə isə 1 il ərzində 10 və daha çox iclasda iştirak etmədikdə Monitorinq Qrupunun rəyi nəzərə alınmaqla Şura üzvlüyündən çıхmış hesab edilir.)   əsasında 178-ci iclasında xitam verdiyi  4 Şura  üzvünün əvəzinə  Əsasnamənin 5.9. - cu maddəsi  (Şuranın səlahiyyət müddəti dövründə Şura üzvlüyünə xitam verildikdə, üzvlüyə Şura üzvlüyünə seçkilərdə daha çox səs toplamış şəxs Şuranın üzvü seçilmiş hesab edilir.)  nəzərə alınmaqla Sevil Yüzbaşovanı bə Məhəmməd Talıblınının Şura üzvü səlahiyyətlərini təsdiq etmişdi.   Beləliklə də 179-cu iclasda Şurada boşalmış 4 yerdən 2-i əvəzlənmiş və digər 2 yerinin əvəzlənməsi üçün də Əsasnamə çərçivəsində fəaliyyətin davam etdirilməsi qərara alınmışdır.

3. 179-cu Şura iclasında keçirilmiş seçkilər nəticəsində “Ödədiyini açıqla” Koalisiyasının Avrasiya regionu üzrə Aktau toplantısında iştirak edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyənləşdirilmişdir.
- lham Hüseynli (əsas)
- Taleh Xasməmmədov (əsas)
- Ulduz Məmmədova (alternativ)

4. 179-ci toplantıda Şura üzvü, Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq
Təşkilatının rəhbəri İlham Hüseynli Koalisiya Şurasının yeni əlaqələndiricisi seçilib.
5. 179-ci toplantıda “Ödədiyini açıqla” Koalisiyasının rəhbəri Elisa Peterin Bakı səfərinə hazırlıq məsələləri müzakirə olunub və qərara alınb ki, sentyabrın 21-də saat 3-də keçiriləcək görüşdə Şura üzvləri tam şəkildə iştirak etsin.



Bölmənin digər xəbərləri

20 Oktyabr 2017 D18 Hərəkatı siyasi məhbuslarla bağlı bəyan verib
20 Oktyabr 2017 AXCP Şirvan təşkilatının fəalları həbsdə qalıb
20 Oktyabr 2017 KXCP-nin AŞPA-da Türkiyəli millət vəkillərinin Azərbaycana münasibətləri ilə bağlı bəyanatı
19 Oktyabr 2017 Pekində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 2017 Gürcüstan: yerli seçkilərə 22 partiya və 5 blok qatılıb
17 Oktyabr 2017 Əfqan Muxtarlının vəkili zorakılıqla üzləşdiyini deyir
17 Oktyabr 2017 İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı
16 Oktyabr 2017 Prezidentlərin görüşünə dair birgə bəyanat
16 Oktyabr 2017 “Rus NATO-su” Qazaxıstanda hərbi təlimə başladı
16 Oktyabr 2017 KXCP qurultay keçirmək qərarını verdi
12 Oktyabr 2017 Milli Şura: “Prezidentliyə namizədimiz Əli Kərimli də ola bilər, Cəmil Həsənli də”
10 Oktyabr 2017 KXCP -nin qurultayının keçirilməsi ilə bağlı layihə hazırlanıb
10 Oktyabr 2017 "Gürcüstan işi" adlı hesabat hazırlandı
09 Oktyabr 2017 "Maaş və təqaüdlərin artırılması vədinə inanmayın" - VİP sədri
09 Oktyabr 2017 "Türkiyə buna yol versə, yeni Kobani yaşayacağıq"
08 Oktyabr 2017 Erməni-rus ordusu Bakıya qarşı... - Felgenhauer
08 Oktyabr 2017 Mövlud Çavuşoğlu: "Ankara Almaniya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır"
08 Oktyabr 2017 7 oktyabr mitinqi ciddi siyasi hadisə oldu
04 Oktyabr 2017 Ərdoğan və Ruhanidən "Kürdüstan"la bağlı - Qəti qərar
03 Oktyabr 2017 Müsavatın rayon təşkilatının sədrinə hökm oxundu –2 il 6 ay həbs
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.