Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mehmanelit.jpg
“Mehman Əliyevə Azadlıq Komitəsi” ilk iclasını keçirdi, növbəti iclas 14 sentyabr 2017-ci ildə, saat 15.00-da Müsavatın qərargahında olacaq.

İşçi Qrup həftədə bir dəfə toplanma qərarı verdi

 Sozcu.az xəbər verir ki, Müsavat Partiyasının qərargahında “Mehman Əliyevə Azadlıq Komitəsi”nin ilk iclası öz işinə başlayıb. İclasda Mehman Əliyevin həbsindən sonra yaranan vəziyyət, qarşıda duran əsas məsələlər və problemlər haqqında müzakirələr aparılıb, müxtəlif fikirlər və təkliflər səslənib. Komitənin işini necə qurması, hansı prinsiplərə əsaslanması haqqında ətraflı söhbət olunub. Qərara gəlinib ki, Komitə yalnız Mehman Əliyevi yox, həm də artıq sayı 200-ə yaxınlaşan siyasi və vicdan məhbuslarının hamısını müdafiə etsin və Mehman Əliyevin müdafiəsi də bu istiqamətdə aparılsın. Beynəlxalq təşkilatların, azərbaycanlıların ölkədən kənarda müdafiə işlərinin qurulması da müzakirə olunub və xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının nümayəndələrinə hər cür dəstək olunması qərarlaşdırılıb. Xüsusilə, Avropada fəaliyyət göstərən “Müsavat AKM”-in Komitəyə etdiyi Mehman Əliyevi dəstəkləmək və Avropanın müxtəlif ölkələrində mitinq və piketlərə başlamaq haqqındakı müraciətinə müsbət yanaşılıb və qeyd olunan quruma belə bir mandat verilməsində problem olmadığı qənaətinə gəlinib.
Mitinq müzakirələrinə başlanacaq, sərgi təşkil olunacaq.

Komitənin bugünkü iclasında ən müxtəlif təkliflər səsləndirilib. Bu təkliflərdən bəziləri bunlardır: partiyalardan birinin qərargahında ümumrespublika əhəmyyətli aclıq aksiyası keçirilsin; Mehman Əliyev haqqında ölkə mətbuatının tanınmış yazarları arasında “Mehman Əliyev həftəliyi”, ya da “Mehman Əliyev ongünlüyü” təşkil olunsun, kampaniyanın sonunda yazılar bir kitabçada nəşr olunsun; Mehman Əliyevin qarşıdan gələn 60 illik yubileyinə hazırlıq işlərinə başlanılsın və təntənəli yubiley tədbiri keçirilsin; mitinq və piket hazırlıqlarına start verilsin və bunun üçün danışıqlar aparılsın. Müxtəlif partiyaların sədrləri ilə mitinq danışıqlarını aparmaları üçün Əvəz Zeynallıya və Oktay Gülalıyevə tapşırıqlar verildi və nəticə haqqında 14 sentyabr toplantısında məlumat verilməsi onlara həvalə edildi.

Eyni zamanda yeni təbliğat materiallarının, üzərində siyasi məhbusların şəkillərinin yer aldığı köynəklərin, döş nişanlarının hazırlanması üçün bütün imkanlardan istifadə olunması haqqında da müzakirələr aparılıb. Komitənin adından danışmaq və komitəni təmsil etmək üçün üzvlərdən birinə səlahiyyət verilməsi məsələsi müzakirə olunub və bu, ilkin olaraq Əvəz Zeynallıya həvalə edilib. Gələcək toplantılarda daha dəqiq mexanizmlərin yaradılması, ardıcıllığın təmin olunması üçün daha fəal olmaq qərarlaşdırılıb.

Komitə üzvləri fəal olmalıdırlar.

Məlum olduğu kimi “Mehman Əliyevə Azadlıq Komitəsi” təşkil olunanda ora üzvlük məsələsini açıq saxladıq və müraciət edən hər kəsi Komitəyə qəbul etdik. Bu, bəzi dostlarımız arasında yaxşı qarşılanmasa da, biz prinsiplərimizə sadiq olduq, amma sonra Müdafiə Komitəsinin bütün üzvlərinin (Azərbaycandan kənarda olanlar və üzrlü səbəbdən iştirak etməyənlər istisna olmaqla) aktiv olmaması, məhkəmələrdə iştirak etməməsi haqlı iradlara səbəb oldu. O baxımdan, “Mehman Əliyevə Azadlıq Komitəsi” məhkəmələrdə Komitə üzvlərinin hamılıqla iştirak etməsinin vacib olduğunu vurğuladı və bu haqda qərarlar aldı. Mehman Əliyevin gələcək məhkəmə iclaslarında Komitə üzvlərinin iştirak etməsinə çalışılacaq və bu məsələ üzərində xüsusi dayanılacaq.

İşçi Qrup hər həftə, Komitənin toplantısı ayda bir olacaq

İşçi Qrup hər həftə toplanma qərarı aldı. Toplantılar üçün Müsavat Partiyasının qərargahında İşçi Qrupa daimi otaq ayrılsa və şərait yaradılsa da, duruma və işlərin axarına uyğun olaraq İşçi Qrup toplantılarını başqa məkanlarda da keçirə bilər. İlkin olaraq hər həftə toplanma qərarı verildi. İşçi Qrupun həftədə bir dəfə, Komitənin isə ayda bir dəfə toplanması üzərində prinsip razılığı əldə olundu. Qərara alındı ki, əvvəl yaradılan komitələrdən fərqli olaraq, “Mehman Əliyevə Azadlıq Komitəsi” ardıcıl və bütün siyasi məhbuslar naminə fəaliyyət göstərsin.
İşçi Qrupun növbəti toplantısı sentyabr ayının 14-də, həftənin dördüncü günü, cümə axşamı saat 15.00-da Müsavat Partiyasının qərargahında olacaq.

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Nalbandyan:"Türkiyə ilə imzalanmış protokolları ləğv edəcəyik"
13 Dekabr 2017 Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırdı və İsraili "terrorçu"adlandırdı- İƏT-in sammitində
11 Dekabr 2017 İlham Əliyev rus deputatları qəbul etdi
10 Dekabr 2017 Ərəb Dövlətləri Liqası ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi tələb edib
09 Dekabr 2017 QAT Ağsuda tədbir keçirdi -FOTOLAR
08 Dekabr 2017 İlham Əliyev Sudan səfiri ilə görüşdü
06 Dekabr 2017 Müsəlmanlar təcili İstanbula toplaşır – Qüds müzakirəsi
06 Dekabr 2017 ABŞ-dan Kiyevə Saakaşvili çağrışı
04 Dekabr 2017 Azərbaycan və Türkiyə arasında mühüm iclas - Hərbi dialoq
03 Dekabr 2017 Daha bir icra başçısı vəzifədən getdi
01 Dekabr 2017 “Rus NATO-su” İrəvanın Qarabağ bəyanatını qəbul etdi – Mətn
01 Dekabr 2017 "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır" -İlham Əliyev
30 Noyabr 2017 İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
30 Noyabr 2017 Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu görüşdü –Bakıda
29 Noyabr 2017 Ərdoğan-Putin razılaşması: casuslar Moskvaya verildi
28 Noyabr 2017 “Polad Bülbüloğlu da savaş ritorikasını artırmalıdır” –Politoloqdan Droxinin geri çağırılmasına şərh
28 Noyabr 2017 Bakı Rusiyanın yeni səfirini qəbul etmədi - Ermənipərəst...
26 Noyabr 2017 Kürdlər Suriya üzrə danışıqlardan kənarlaşdırıldı –Cenevrəyə dəvət olunmadılar
24 Noyabr 2017 Tramp bu gün Ərdoğana zəng vuracaq:“ABŞ-ın Orta Şərqə müdaxiləsi əvvəldən yanlış idi”
23 Noyabr 2017 "Mixail Zabelinin Qarabağla Krımı müqyisə etməsi qüsurludur" - Elxan Şahinoğlu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.