Xəbər lenti

tyurbyom.jpgAvropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.

APA-nın Avropa müxbirinin məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib.

"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk Qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, T. Yaqlandın bəyanatında deyilir.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Yanvarın 9-da Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

Bölmənin digər xəbərləri

29 Mart 2017 Ter-Petrosyan: "Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda..."
28 Mart 2017 “Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”
28 Mart 2017 Musavat Partiyasının gənc üzvünə 10 sutka həbs verilib
28 Mart 2017 İlham Əliyev Saatlıda
26 Mart 2017 Merkeli çətinə salan Ərdoğan sualı:“Axı niyə siz Ərdoğanın qarşısında qorxaq simada dayanırsınız?”
26 Mart 2017 Bolqarıstanda parlament seçkiləri keçirilir
26 Mart 2017 QAT Ali Məclisinin toplantısı keçirilib
24 Mart 2017 Rusiya hakimiyyət dəyişikliyi üçün... – Məxfi sənəd kəşfiyyatın ƏLİNƏ KEÇDİ
23 Mart 2017 NATO-nun baş katibi: “Rusiya ilə dialoq vacibdir”
19 Mart 2017 Jirnovskidən Türkiyəyə dəstək
17 Mart 2017 Təhlükəsizliyimizi türklərə etibar edib... - Urban
16 Mart 2017 İlham Əliyev 10 sərəncam, 8 fərman imzaladı
16 Mart 2017 Vaşinqtonda Azərbaycan mətbəxinə həsr olunmuş kitabının təqdimatı olub
14 Mart 2017 Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı bəyanat qəbul ediblər
13 Mart 2017 Türkiyə-Azərbaycan-Rusiya ittifaqı bizə nə fayda verə bilər - şərh
12 Mart 2017 Azərbaycan XİN Niderlandın Türkiyə rəsmilərinə qarşı davranışını pisləyib
10 Mart 2017 AXCP sədri Avropa Birliyinin səfirilə görüşüb
10 Mart 2017 ABŞ səfiri Astarada olub
08 Mart 2017 Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”
08 Mart 2017 Gürcü nazir: “Azərbaycan orta məktəblərində ana dilinin öyrədilməsinə diqqət yetiririk”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.