Xəbər lenti

VAHDM.jpgABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.

 ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib. Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.

"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.

D. Trampın qələbəsi "Lukoyl" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoyl" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoyl"un səhmləri 59% bahalaşma nümayiş etdirib.

Qeyd edək ki, D. Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 milyard dollar artıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.

APA

Bölmənin digər xəbərləri

24 İyul 2017 "Borçalı" Cəmiyyəti Elat Bayramı ilə bağlı bəyanat verdi
24 İyul 2017 Ərdoğan Qətər səfərində bunları müzakirə etdi - Açıqlama
23 İyul 2017 Fələstin İsrailə raket atdı
23 İyul 2017 Ağ Evin gündəliydə "Yeni Böyük Rusiya"
21 İyul 2017 "Avtoritarizmə qarşı mübarizə aparanlara borclu olduğunuzu unutmayın" - ARİF HACILI
19 İyul 2017 Azərbaycanda dövlətə xəyanət edən 6 nəfər tutuldu – ADLAR
19 İyul 2017 Çexiya Senatının üzvləri Azərbaycana səfər edəcək
19 İyul 2017 KXCP Ali Məclisinin siyasi məhbuslarla bağlı B Ə Y A N A T I
19 İyul 2017 İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib
18 İyul 2017 KXCP Ali Məclisi hakimiyyətin yaratdığı problemlərlə bağlı ciddi sənədlər qəbul edib
15 İyul 2017 Qabil Hüseynli: "Zakir Həsənov hər şeyi öz adıyla dedi"
15 İyul 2017 Bakı bu quruma daxil olmayacaq - Politoloq
12 İyul 2017 KXCP Ali Məclisinin sessiyası çağırılıb
11 İyul 2017 Artur Rasizadə iclas keçirtdi
10 İyul 2017 İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb - yenilənib
09 İyul 2017 Azərbaycan, Belarus və Rusiya əleyhinə qətnamə ATƏT PA-nın Minsk Bəyannaməsinə daxil edilməyib
09 İyul 2017 Kristin Muttonen yenidən ATƏT PA-nın sədri seçilib
07 İyul 2017 “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İB-nin erməni vəhşiliyi ilə bağlı bəyanatı
06 İyul 2017 QAT üzvləri aksiya keçirdilər -FOTO
06 İyul 2017 Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndinə səfər ediblər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.