Xəbər lenti

erddd.jpg“Onlara dost deməyə dilim gəlmir”.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplatısında deyib. 

Rəsmi Ankaranın Qərbdəki müttəfiqlərini sərt formada tənqid edən prezident qeyd edib ki, Türkiyədə adı “qara siyahı”da olan FETÖ-çu şəxsi ABŞ-da rektor təyin ediblər: “Bu necə olur? Avropa dəyərlərinin bu dərəcədə ayaqlar altına atılmasının səbəblərini anlamırıq. 

Suriyalı qaçqınlardan sığınacaq əsirgəndiyi halda, FETÖ və PKK qruplaşmasnın terrorçularına bu haqq qızıl məcmeyidə verilir. Onlar dövlət çevirlişi edənlərə və terrorçulara sahib çıxırlar. Əlbəttə, belə bir mənzərə qarşısında onlara dost deməyə dilim gəlmir. Ən azından mütəfiq dediyimiz dövlətlərə bu yaraşmır”.

Qeyd edək ki, yanvarın 8-dən Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 9-cu konfransı keçirilir. “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər” adlı tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə edilir. 

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər. 

Toplantı yanvarın 14-də başa çatacaq. 

 

Bölmənin digər xəbərləri

19 Mart 2017 Jirnovskidən Türkiyəyə dəstək
17 Mart 2017 Təhlükəsizliyimizi türklərə etibar edib... - Urban
16 Mart 2017 İlham Əliyev 10 sərəncam, 8 fərman imzaladı
16 Mart 2017 Vaşinqtonda Azərbaycan mətbəxinə həsr olunmuş kitabının təqdimatı olub
14 Mart 2017 Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı bəyanat qəbul ediblər
13 Mart 2017 Türkiyə-Azərbaycan-Rusiya ittifaqı bizə nə fayda verə bilər - şərh
12 Mart 2017 Azərbaycan XİN Niderlandın Türkiyə rəsmilərinə qarşı davranışını pisləyib
10 Mart 2017 AXCP sədri Avropa Birliyinin səfirilə görüşüb
10 Mart 2017 ABŞ səfiri Astarada olub
08 Mart 2017 Tramp: “ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”
08 Mart 2017 Gürcü nazir: “Azərbaycan orta məktəblərində ana dilinin öyrədilməsinə diqqət yetiririk”
06 Mart 2017 KXCP hakimiyyətdən Mehman Hüseynovu azad etməyi tələb etdi
06 Mart 2017 Dövlət Baxçalıdan Avropaya sərt sözlər: "Prezident Avropaya getməyə qərar veribsə..."
04 Mart 2017 Gürcüstan ordusu prezidentə yox, baş nazirə tabe edilir
01 Mart 2017 Obama geri qayıdır
01 Mart 2017 "Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq" - ƏRDOĞAN
28 Fevral 2017 Prezident də YAP-a üzvlük haqqı ödəyir - Siyavuş Novruzovdan AÇIQLAMA
23 Fevral 2017 AXCP üzvü işinə bərpa olundu
23 Fevral 2017 "Siyasi Hüquqların Müdafiə Bürosu" son həbslərlə bağlı bəyanat verdi
21 Fevral 2017 İlham Əliyev fərman imzaladı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.