Xəbər lenti

abadi.jpg
Mosul azad edildikdən sonra inşallah Türkiyə-İraq arasında neft boru kəməri çəkiləcək.

 Sozcu.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi türkiyəli həmkarı Binəli Yıldırımla görüşündən sonra mətbuata açıqlamasında deyib.

İraq rəsmisinin çıxışında Türkiyəni dost və qonşu ölkə adlandırması da diqqətlərdən yayınmayıb:

“Cənab Binəli Yıldırım nazirlərlə ölkəmizə təşrif buyurub. İqtisadi təhlükəsizlik, təhsil və kəşfiyyat sahələrində əməkdaşlığımız olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Heydər Abadi Başikadakı türk əsgərlərinə görə Türkiyəyə qarşı çıxışları ilə gündəmə gəlmişdi.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.