Xəbər lenti

binanana.jpgAzərbaycanda millət vəkillərinə kvadratmetri 152 dollardan olan mənzillər verilib. Sozcu.az gununsesi.info-ya istinadən xəbər verir ki, bina “Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) “KAT Ltd” tərəfindən tikilib.

Məlum olub ki, 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.

2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi “Ağ şəhər” deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-in binası tikilsin.

O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan “KAT Ltd” müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu”-deyə, daha sonra məlumatlı mənbə bildirib. Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq. Çünki qalan 41 nəfər zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq.

13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar. Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox, kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.

Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rüfət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var.

Bölmənin digər xəbərləri

18 Yanvar 2017 Xəzər Teyyublu: “Ciblər boşaldıqca sosial gərginliklər tarıma çəkiləcək”
17 Yanvar 2017 İlham Əliyev “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri ilə görüşüb
17 Yanvar 2017 «Krımın qaytarılmasına kömək edin!» - Poroşenko Çin liderindən xahiş edib
17 Yanvar 2017 Avropa liderləri Trump-a sərt cavab verdilər
16 Yanvar 2017 Ukrayna Rusiyaya qarşı BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb
16 Yanvar 2017 ADR neft gəlirlərinin səmərəsiz xərclənməsinə dair bəyanat verib
16 Yanvar 2017 “Azərbaycan külli miqdarda mənimsəmədə ittiham olunan şəxsi İrana təhvil verib”
15 Yanvar 2017 Parisdə İsrail-Fələstin münaqişəsinin həlli müzakirə edilir
15 Yanvar 2017 ABŞ-da Donald Tramp əleyhinə aksiyalar başladı
14 Yanvar 2017 Pentaqon: Əl Qaidə lideri öldürüldü
14 Yanvar 2017 QAT Rusiya səfirinə müraciət etdi
13 Yanvar 2017 Amerika tankları Rusiya sərhədində təlimlərə başlayır
12 Yanvar 2017 Həmməruzəçilərin Bakıya səfəri başladı
11 Yanvar 2017 Avropa Şurasından Ermənistana çağırış: "Geri qaytar"
11 Yanvar 2017 Azərbaycandan nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib
11 Yanvar 2017 Reks Tillerson: “Rusiya əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”
10 Yanvar 2017 Mehman Hüseynov azadlıqda: “Başıma torba keçirdilər” -VİDEO
10 Yanvar 2017 Tramp Vahid Ələkbərova 1.8 milyard qazandırdı
10 Yanvar 2017 Siyasi məhbus karsa salınıb
09 Yanvar 2017 “Mütəfiq dediyimiz dövlətlərə bu yaraşmır”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.