Xəbər lenti

qatt.jpg
Qarabağ Azadlıq Təşkilatı (QAT) daha bir erməni “elçisi”nin Bakıya gətirilməsi ilə bağlı qəti etirazını bildirib. Qəbul edilmiş bəyanatda göstərilir: “Ermənistan-Azərbaycan Sülh Platforması” deyilən rüsvayçı və xəyanətkar proses çərçivəsində daha bir erməninin Bakıya gətirilməsini qətiyyətlə pisləyirik. Mətbuatda gedən məlumatlara görə, vaxtilə Bakıda anadan olmuş Erik Xaçaturov artıq xeyli müddətdir ki, ölkəmizə “təşrif buyurub”, “sülh platforması”na qoşulub, bu günlərdə “sülh platforması”nın ofisində onunla görüş təşkil edilib. Onun bu görüşdə dediklərini də diqqətə çatdırırıq. O, bildirib ki, bir çox ermənilər kimi, o da Azərbaycandan köçməyə məcbur olub. Fikir verin, “köçməyə məcbur olub”. Kim onları köçməyə məcbur edib? Burada Azərbaycana qarşı ittiham bazasını yalnız korlar görməyə bilər. O, münaqişədən əvvəl Bakıda “ermənilərlə azərbaycanlıların mehriban yaşadıqlarını” vurğulayıb. Həyasız ermənilər bununla yenidən qayıdıb, heç nə olmamış kimi həmin “mehribançılıqla” yaşamaq istədiklərini, Azərbaycan xalqının unutqanlığından yenə də sui-istifadə edəcəklərinə arxayınlıqlarını vurğulayırlar. E.Xaçaturov Orxan Nəbiyev, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Dilarə Əfəndiyeva kimi manqurtlara təşəkkür etməyi də unutmur. Bu manqurtlar növbəti dəfə ermənilərə qucaq açmaqla Əliheydər Qarayev, Çingiz İldırım, Ayna Sultanovaların yolu ilə getdiklərinin və bunun nəyə gətirib çıxaracağının fərqindədirlərmi? E.Xaçaturov Bakıya səfərinin təşkili üçün Süzan Caginyana da təşəkkürünü çatdırır. Belə çıxır ki, Bakıya kimin gəlib-gəlməməsini yenə də Caginyanlar həll edir, onlar yenidən Bakıya sahib çıxmağa başlayıblar. Biz bu “sülh” proseslərini bir daha pisləyir, Azərbaycan prezidentinin, dövlətin və cəmiyyətin diqqətini bu təhlükəli gedişata cəlb edirik. Bu prosesdən Azərbaycan nəisə uda bilərmi? Kimlərsə burda “Bakı platforması” yaradır, ermənilər də o tərəfdə “İrəvan platforması” yaradır. Bu mənasız yarış kimə lazımdır? Azərbaycana lazım olmadığı aydındı, ermənilər isə bu prosesdən qədərincə yararlanırlar. Siz burda arsız-arsız sülhdən danışırsınız, Ermənistanın quldur rəhbərliyi isə heç danışıqlara gəlmək istəmir. Bu rüsvayçılığa, rəzalətə son qoyulmalıdır. Biz Azərbaycan hakimiyyətindən bu eybəcər “sülh” oyunbazlığına, mənasız danışıqlara son qoyulmasını tələb edirik. Artıq bu rəzalətə, alçaqlığa dözmək olmaz.

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.